Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Azərbaycandan olan heyətin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər”. “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Adm
“Azərbaycandan olan heyətin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər”.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib:
“Orada iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil”, - o əlavə edib.
Səfərin baş tutmamasının 2024-cü ilin dekabr ayında AZAL təyyarəsinin vurulması ilə əlaqəli olub-olmamasına gəldikdə isə H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu məsələləri bir-birinə bağlamır:
“Tədbir MDB çərçivəsində olan tədbirdir. Rusiya-Azərbaycan arasında olan məsələlərin isə buna aidiyyəti yoxdur”.























































