Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
İsrail ordusunda ciddi kadr dəyişiklikləri etdi - Siyahı
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir orduda ciddi kadr dəyişiklikləri edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
Bildirilib ki, Baş Qərargahda bu cür dəyişikliklər, adətən, zabitlər xidmət müddətlərini başa vurduqdan sonra həyata keçirilir.
Belə ki, Daxili Cəbhə Komandanlığının rəhbəri general-mayor Rafi Milo Şimal Komandanlığının yeni rəhbəri təyin olunub. O, general-mayor Ori Gordinin yerinə gətirilib.
Hazırda Şimal Korpusu və Manevr Qüvvələrinin komandanı olan general-mayor Dan Goldfus Dərinlik Qüvvələrinin (Depth Corps) yeni komandanı təyin edilib. O, bu vəzifədə general-mayor Nimrod Alonini əvəz edəcək.
İsrailin ABŞ-dəkı müdafiə attaşesi olan general-mayor Hidai Zilberman Silahlı Qüvvələrin Planlaşdırılması və İnkişafı İdarəsinin (Planning and Force Design Directorate) rəhbəri təyin olunub. Daha öncə bu vəzifədə vitse-admiral Eyal Harel idi.
Briqada generalı Dan Noyman Komanda və Ştab Kollecinin komandiri Aloninin yerinə hərbi kolleclərin yeni rəhbəri təyin edilib. O, vəzifəyə başlayarkən general-mayor rütbəsinə yüksələcək.
Briqada generalı Yaki Dolf Qərbi Şəriya diviziyasının komandiri Goldfusun yerinə Şimal Korpusunun növbəti komandiri təyin edilib. O da general-mayor rütbəsi alacaq.
Briqada generalı Şay Klepper 91-ci “Qaliley” Regional Diviziyasının komandiri Milonun yerinə Daxili Cəbhə Komandanlığının rəhbəri təyin edilib və general-mayor rütbəsi veriləcək.
Briqada generalı Rami Abudraham İsrail Müdafiə Qüvvələrinin Quru Qoşunları Baş Qərargah rəisi general-mayor Mişel Yankonun yerinəTexnoloji və Logistika İdarəsinin rəhbəri təyin ediləcək, həmçinin general-mayor rütbəsinə yüksələcək.
Zamirin bu təyinatları müdafiə naziri İsrael Kats tərəfindən təsdiqlənib və bildirilib ki, zabitlər yaxın aylarda öz vəzifələrini icra etməyə başlayacaqlar.























































