Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Könülün ölümü ilə bağlı cinayət işi açıldı
11 gün əvvəl Binəqədi rayonu Xocasən qəsəbəsində baş vermiş faciəvi hadisə ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, iyunun 30-da 2005-ci il təvəllüdlü Könül İbrahimlinin Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Qeyd edək ki, mərhumun yaxınları Könülün 3 ay əvvəl ailə həyatı qurduğunu, lakin ilk günlərdən etibarən həyat yoldaşı Nicat Yusifzadənin ona qarşı zorakılıq etdiyini iddia ediblər. Onlar Könülün əri tərəfindən eyvandan atılmasını və ya özünü atmağa məcbur edildiyini deyiblər.
N.Yusifzadə daha əvvəl də evli olsa da, keçmiş xanımı onu tərk edibmiş.






















































