Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Şəmkirdə orta məktəb müəlliməsini qaçıran dəstə azadlığa buraxılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsi ərazisində baş verib. Dəllər-Çırdaxan sakini, 1990-cı il təvəllüdlü Bəhruz Ağayev (soyad şərtidir) Dəllər qəsəbə tam orta məktəbinin coğrafiya müəlliməsi N.G-ya evlilik təklifi etsə də, xanım onun təklifini rədd edib və ailə qurmaq istəmədiyini deyib. Bəhruz dəfələrlə N.G-nı yola gətirməyə çalışsa da, mümkün olmayıb. O, müəlliməni qaçıraraq onunla ailə qurmaq qərarına gəlib və bu məqsədlə dostları Vüsal və Anarla görüşərək onlardan kömək istəyib.
Üç dost qızı qaçırmaq qərarı verib. Onlar maşınla məktəbin yaxınlığında dayanaraq N.G-nın dərsdən çıxmasını gözləyiblər. Günorta saatlarında müəllimə dərsdən çıxıb evlərinə getmək istəyərkən Bəhruz idarə etdiyi avtomobili onun qarşısında saxlayaraq, avtomobildən düşüb. O, müəlliməni zorla avtomobilə mindirərək dostundan avtomobili bibisigilə sürməsini xahiş edib.
Onlar qızı həmin ünvana gətirib qadınların onunla danışmasını istəyiblər. Amma danışıqlar fayda verməyib və qız Bəhruzla ailə qurmaqdan imtina edib. Bəhruzun qohumlarının təkidi ilə müəllimə evlərinə buraxılıb.
Faktla bağlı polisə məlumat verilib və Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən (Adam oğurluğu) cinayət işi başlanılıb. Bəhruz və dostları isə saxlanılıblar. Hər üç dost barəsində həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruza 2 il 9 ay, Arifə 2 il 2 ay, Vüsala isə 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onlara elektron nəzarət qolbağı tətbiq edilib. Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.
Samir Əli






















































