Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

02 İyul 2025 11:28Manşet / Gündəm

“Xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb”

 

“Rusiyanın Yekaterinburq şəhərində güc strukturlarının hücumuna məruz qalaraq xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov mətbuat konfransında bildirib.

O, işgəncəyə məruz qalmış Azərbaycan vətəndaşının ekspertizadan keçirildiyini və açılmış cinayət işi üzrə ifadəsinin alındığını əlavə edib.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan baş prokuroru tərəfindən cinayət işi başlanıb.