Xəbər Lenti
24-07-2026, 16:55
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
24-07-2026, 12:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
24-07-2026, 11:03
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
23-07-2026, 22:43
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
23-07-2026, 19:20
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
23-07-2026, 17:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 21:15
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
22-07-2026, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
22-07-2026, 14:30
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
22-07-2026, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
22-07-2026, 13:21
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
22-07-2026, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Ayda və planetlərdə torpaq satan adam: Dennis Houpun təəccüblü hekayəsi
1980-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Kosmos Müqaviləsindəki bir boşluğu fərq etdiyini iddia edən Dennis Houp, Ayın və Günəş sistemindəki digər planetlərin mülkiyyətinin ona məxsus olduğunu irəli sürür. Bu iddiasını müxtəlif sənədlərlə əsaslandırsa da, rəsmi hüquqi etibarlılığı yoxdur.
Qaynarinfo xəbər verir ki, "Ay kimindir?" sualına əksəriyyət "heç kimindir" cavabını versə də, Dennis Houp üçün cavab daha iddialıdır: "Mənim və məndən Ay satın alanların...". Onun iddiasına görə bu qrupa bir sıra keçmiş ABŞ prezidentləri də daxildir.
Kosmosda ilk "torpaq sahibi"nin doğuşu
Hər şey 1980-ci illərdə başlayıb. Təxminən bir il işsiz qalan Houp, 1967-ci ildə imzalanmış Kosmos Müqaviləsini diqqətlə araşdırıb. Müqavilədə dövlətlərin Ay və digər göy cisimləri üzərində mülkiyyət iddiası irəli sürə bilməyəcəyi açıq şəkildə qeyd olunur, lakin fərdi şəxslər haqqında heç nə deyilmir. Houp da bu hüquqi boşluqdan istifadə edə biləcəyini düşünərək hərəkətə keçib.
San-Fransiskodakı bir hökumət ofisinə gedərək Ayın bütövlükdə özünə məxsus olduğunu və eyni zamanda Günəş sistemindəki digər planet və peyklərin səthində də hüquq iddia etdiyini bildirib. Daha sonra bu iddiasını rəsmi şəkildə BMT-yə və keçmiş SSRİ-yə məktubla çatdırıb. Cavab almadığı üçün bunu "susqun razılıq” kimi dəyərləndirib.
"Lunar Embassy" ilə satışa çıxarılan planetlər
Dennis Houp sonradan "Lunar Embassy" adlı internet saytı vasitəsilə Ay və digər göy cisimlərində "torpaq satışı”na başlayıb. 2019-cu ilə qədər bu təşəbbüsdən azı 12 milyon dollar gəlir əldə etdiyi təxmin edilir. Satışa çıxarılan ərazilər arasında Venera, Merkuri və hətta Pluton da yer alır. Qiymətlər 34.99 dollardan başlayır, Plutondakı xüsusi sahələr isə mədənçilik hüquqları ilə birlikdə 250 min dollara qədər yüksəlir.
Lakin bu satışlarla bağlı kiçik bir qeydə də yer verilir: əgər həmin ərazilərdən mədənçilik yolu ilə gəlir əldə edilərsə, gəlirin 10 faizi Yer üzündəki "Qalaktik hökumət"in humanitar layihələrinə bağışlanmalıdır. Təbii ki, bu "Qalaktik hökumət" Houpun özünün yaratdığı, "konstitusiyası, konqresi və pul vahidi olan demokratik bir respublika” kimi təqdim etdiyi bir qurumdur.
Hüquqi baxımdan keçərsiz iddialar
Houp müştəriləri arasında Cimmi Karter, Ronald Reyqan və Corc Buş kimi şəxslərin də olduğunu irəli sürsə də, bütün Günəş sisteminə sahib olduğunu söylədiyi nəzərə alınarsa, bu iddialara ehtiyatla yanaşmaq məsləhətdir. Bu "əmlak alqı-satqıları” hüquqi cəhətdən keçərli sayılmır; alıcılar əslində simvolik bir sertifikat əldə edirlər.
Bununla belə, Houpun hekayəsi gələcəkdə üzləşə biləcəyimiz daha ciddi sualları gündəmə gətirir. Kosmos texnologiyalarının inkişafı ilə göy cisimlərində mülkiyyət məsələsi sırf spekulyativ mövzu olmaqdan çıxaraq real hüquqi və siyasi mübahisələrin predmetinə çevrilə bilər. Hazırda heç bir dövlət və ya beynəlxalq təşkilat Houpun iddialarını tanımır. Amma gələcəkdə Ayda otellər inşa edildikdə və ya Marsda yaşayış məntəqələri qurulduqda, bu cür mülkiyyət məsələləri yenidən müzakirəyə açılacaq.
Hələlik bu suallara dəqiq cavab verilməsə də, bir şey aydındır: kosmosdakı torpaq üstündə mübarizə gerçək mənada başladıqda, cavablar çox daha mürəkkəb və uzunmüddətli danışıqlarla formalaşacaq.
Aydın
























































