Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Özbəkistan Rusiyaya nota verdi
Özbəkistan Rusiyaya nota verib.
“Qafqazinfo” xəbər verir ki, bunu Özbəkistan XİN-in mətbuat xidmətinin rəhbəri Ahror Burxanov rəsmi teleqram kanalında yazıb.
O bildirib ki, buna səbəb özbək vətəndaşlarına qarşı aparılan əsassız yoxlamalar və kobud rəftar olub.
Qurum rəsmisi bu cür münasibətlərdən narahatlığını dilə gətirərək, rəsmi Moskvanın belə addımlarının iki ölkə arasındakı dostluq münasibətlərinə zidd olduğunu bildirib:
“Özbəkistan ölkə xaricində yaşayan vətəndaşlarının hüquq və maraqlarının qorunmasını başlıca vəzifə hesab edir. Bu məsələ ilə bağlı Özbəkistanın Moskvadakı səfirliyi də müvafiq diplomatik kanallar vasitəsilə Rusiya tərəfi ilə dialoq aparır. Özbəkistan tərəfi bütün vətəndaşlara münasibətdə beynəlxalq hüquqa və insan hüquqlarına riayət olunmasını təmin etməyə çağırır.
Rusiyanın aidiyyəti orqanlarını Özbəkistan vətəndaşlarına hörmətlə yanaşmağa çağırırıq”.























































