Xəbər Lenti
7-09-2026, 22:55
Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
6-09-2026, 11:04
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
5-09-2026, 21:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 20:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 18:11
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Tramp "Hörümçək toru" əməliyyatına heyranlığını bildirdi - KİV
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya strateji aviasiyasına zərbələrin endirildiyi "Hörümçək toru” adlı xüsusi əməliyyatı "əzəmətli” və "sərt” adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios” yazır.
"Axios”un mənbələrinin bildirdiyinə görə, Tramp bununla yanaşı, əməliyyatın onun atəşkəslə bağlı missiyasını daha da çətinləşdirəcəyindən narahatdır.
Portal qeyd edir ki, Tramp ictimaiyyət qarşısında Ukraynanın hücumu ilə bağlı emosiyalarını qeyri-adi dərəcədə təmkinli şəkildə ifadə etsə də, qapalı müzakirələrdə əməliyyatdan heyranlıq duyub.
Trampın etibarlı şəxslərindən biri "Axios”a bildirib ki, Tramp bunu "olduqca güclü” hesab edib.
Digər bir mənbənin dediyinə görə, Tramp əməliyyatı "sərt” adlandırıb.
Trampın müşavirlərindən biri bildirib: "Beynəlxalq kontekstdə bu, böyük bir itə real zərər vuran çihuahua kimidir”. (Chihuahua dünyanın ən kiçik iti hesab olunur və Meksikanın Çihuahua əyalətinin adını daşıyır. Bu itin əcdadlarının vəhşi təbiətdə yaşadığı və sivilizasiya dövründə Tolteklər tərəfindən əhliləşdirildiyi güman edilir. Kompakt gövdəyə malikdir və canlı və cəsarətli xarakteri ilə seçilir. – Qaynar.)
Eyni zamanda, digər mənbələrin sözlərinə görə, Tramp son günlər görüşdüyü insanlara deyib ki, bu dron hücumu Rusiya prezidenti Vladimir Putini çox ciddi cavab addımlarına sövq edə bilər.
"Biz istəyirik ki, bu müharibə bitsin. Biz istəyirik ki, gərginlik azalsın. Əgər Putin buna cavab olaraq aqressivləşəcəksə, bəli, prezident bu məsələdən narahatdır”, – deyə Trampın fikirlərini bölüşən digər bir mənbə bildirib.
Ağ Evdəki mənbələrdən biri də Ukraynanın hücumunun strateji bombardmançıları – nüvə silahı daşımaq imkanına malik və Rusiya nüvə cəbhəsində əsas rol oynayan aviasiya qüvvələrini hədəf almasının xüsusi narahatlıq doğurduğunu deyib.
"Bu, olduqca təhlükəli bir məqamdır”, – deyə amerikalı məmur qeyd edib.
Mənbələrdən biri əlavə edib ki, Tramp Ukraynanın bu hücumu həyata keçirməsinə təəccüblənməyib: "Çünki bu, müharibənin davam etdiyi şəraitdə baş verən bir şeydir”.
Amma Tramp, eyni zamanda, bu cür hücumların döyüşlərin uzanmasına gətirib çıxaracağından narahatdır: "O, istəyir ki, döyüşlər dayansın. Ona görə də hər dəfə belə hücum baş verəndə məyus olur”, – deyə Ağ Evdəki yüksək vəzifəli şəxs bildirib.
Bütün bu narahatlıqlara baxmayaraq, Tramp ukraynalıların etdiklərinə heyran qalıb.
Tramp bir müddət əvvəl Vladimir Putinlə telefon danışığı apardığını bildirmiş və Kremlin sahibi ona son hücumlara görə "çox qəti şəkildə cavab vermək məcburiyyətində qalacağını” söyləmişdi.
NATO "Hörümçək toru” adlı əməliyyatı çox uğurlu hesab edir – bu hücum nəticəsində onlarca rus təyyarəsi məhv edilib.
Ağ Ev isə bəyan edib ki, Ukraynanın bu hərəkətləri "risk səviyyəsini artırıb”.
Alpər























































