Menu
Xəbər Lenti
FHN təlim keçirdi
12-09-2026, 11:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 10:37

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 10:06

Bəzi yollarda tıxac var

Putin Hindistandadır - Video
11-09-2026, 09:31

Putin Hindistandadır - Video

21 May 2025 07:30Manşet / İdman

“Azadlıq Radiosu” üçün 5,5 milyon ayrıldı

 

“Avropa İttifaqı (Aİ) “Azadlıq Radiosu”nu maliyyələşdirəcək və yayımını dəstəkləmək üçün öz büdcəsindən 5,5 milyon avro ayırıb”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

“Nazirlər “Azadlıq Radiosu”nun maliyyələşdirilməsi üçün 5,5 milyon avro ayırmağa razılaşdılar”, - o qeyd edib.

Onun sözlərinə görə, Aİ “Azadlıq Radiosu”nun Aİ-yə qonşu ölkələrdə, həmçinin Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətini davam etdirməsini hədəfləyir.

“Bu, qısamüddətli maliyyələşdirmədir, indi Aİ ölkələri uzunmüddətli maliyyələşdirmə barədə öz aralarında razılıq əldə etməlidirlər”, - Kallas əlavə edib.

Xatırladaq ki, martın 14-də Amerika Prezidenti Donald Tramp ABŞ hökumətinin “Azadlıq radiosu” və “Amerikanın səsi”ni idarə edən Qlobal Media Agentliyinin (USAGM) fəaliyyətinin miqyasını azaltmaq üçün sərəncam imzalayıb.