Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
“Azadlıq Radiosu” 70 ildən sonra rus dilində yayımını dayandırdı
2024-cü il aprelin 15-dən etibarən "Azadlıq Radiosu” orta dalğalı 1386 kHz tezliyində yayımını dayandırıb. Verilişlərin dayandırılma müddəti barədə rəsmi məlumat verilməyib. Rus xidmətinin hüquqi statusu ABŞ Konqresinin ayırdığı vəsaitlə, ABŞ Qlobal Medianın İnkişafı Agentliyi (USAGM) vasitəsilə maliyyələşdirilən Radio Free Europe / Radio Liberty (RFE/RL) təşkilatına aiddir.
Qaynarinfo xəbər verir ki, bu barədə Rus xidmətinin verdiyi açıqlamada deyilir.
"Azadlıq Radiosu” 1950-ci ildən fəaliyyət göstərir. Rus xidmətinin yayımı 1 mart 1953-cü ildən Şərqi və Cənub-Şərqi Avropa ölkələrində başlayıb. Rus dilində orta dalğalarda yayımlanan verilişlər əsasən axşam və gecə saatlarında partnyor radiostansiyaların efirində gedirdi. RFE/RL-in baş qərargahı Praqa şəhərində yerləşir.
2024-cü il martın 14-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp USAGM də daxil olmaqla yeddi federal agentliyin struktur dəyişikliyi haqqında fərman imzalayıb. Bundan dərhal sonra RFE/RL federal qrantların dayandırılması barədə rəsmi bildiriş alıb. USAGM-in saytında agentliyin rəhbərinin müşaviri Kerri Leykin adından yayımlanan bəyanatda bu qərarın ABŞ administrasiyası tərəfindən vergi ödəyicilərinin vəsaitlərindən səmərəsiz istifadə edilməsi ilə əsaslandırıldığı bildirilirdi. USA Today qəzetinin qiymətləndirməsinə görə, bu addım dünya üzrə 3,5 minə yaxın media işçisinə təsir edə bilər.
Mart ayının sonunda məlum oldu ki, USAGM "Azadlıq Radiosu”nun maliyyələşdirilməsini dayandırmaq qərarından geri çəkilib. Lakin bir qədər sonra RFE/RL-in tərkibində fəaliyyət göstərən rusdilli "Hazırkı Zaman” telekanalının 24 saatlıq yayımı üçün istifadə olunan Astra və Eutelsat peyk operatorları ilə müqavilələr ləğv edilib.
Alpər























































