Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Bu, mənim prinsipial mövqeyimdir” - Zelenski
“Rusiya ilə sülh naminə Krımdan imtina etmək mümkün deyil”.
“Qafqazinfo” “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirdiyi mətbuat konfransında deyib.
O, vurğulayıb ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımaq niyyətində deyil.
“Mən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirəm. Müvəqqəti işğal olunmuş əraziləri, yarımadanı Rusiya ərazisi kimi tanımırıq”, - deyə Zelenski bildirib.
O, qeyd edib ki, Ukrayna sülh danışıqları zamanı ərazi məsələlərini müzakirə edə bilməz, çünki bu, ölkə Konstitusiyasının pozulması deməkdir: “Bütün müzakirələrdə bunu xüsusi vurğulayıram ki, bu mənim prinsipial mövqeyimdir”.
Bununla yanaşı, Zelenski bildirib ki, Ukrayna tərəfi müvəqqəti işğal olunmuş ərazilərdəki humanitar böhranlar və baş verən hadisələrlə bağlı müzakirələr aparmağa hazırdır.























































