Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
Xronika: "Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan "Turan"a qoşulur"
İş adamı Cəbrayıl Cəbrayılov: “26 İyun – Müstəqil Azərbaycanın Güvənc Yeri. Silahlı Qüvvələr Günü”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “26 İyun – Azərbaycan Ordusunun Şərəf və Qürur Günüdür”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “26 İyun – Silahlı Qüvvələr Günü. Güclü Ordu, Güclü Dövlətin Təminatıdır”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “26 İyun – Silahlı Qüvvələr Günü: Dövlətimizin Qürur Günüdür”
Gündə bir qədəh şərab içsəniz...
Şərab üzüm şirəsinin spirtli fermentasiyası nəticəsində əldə edilən içkidir.
“Qafqazinfo” bu içkinin sağlamlıq üçün bəzi faydalarını təqdim edir.
Tədqiqatlar göstərir ki, bir qədəh şərab ürək-damar sisteminə faydalı təsir göstərir. London alimləri sübut ediblər ki, qırmızı şərab pis xolesterinin səviyyəsini azaldır və qan laxtalanmasının qarşısını alır.
Şərab qanda qlükoza səviyyəsini idarə etməyə kömək edir. Bu, 2-ci tip diabetin inkişafına mane olur. Gündə bir qədəh şərab qanda şəkərin səviyyəsini tənzimləməklə şəkər xəstəliyini müalicə edir.
Şərab yaşla əlaqədar görmə qabiliyyətinin pisləşməsinin qarşısını alır və göz xəstəliklərində iltihabı aradan qaldırır.
Şərab həzmi yaxşılaşdırmağa kömək edən xlorid turşusunun istehsalını stimullaşdırır. Şərabda olan təbii maddələr olan flavonoidlər iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir.
Araşdırmalara görə, qırmızı şərab beyin fəaliyyətini yaxşılaşdırır və sinir hüceyrələrinin toxunulmazlığını gücləndirir. Şərabda sərbəst radikallarla mübarizə aparan və yaşlanma prosesini yavaşlatmağa kömək edən antioksidanlar var.
Bundan əlavə, bu içkini içmək sağlam yuxu və yaxşı əhval-ruhiyyəni təmin edən melatonin və serotonin hormonlarının istehsalını artırır.
Orta dərəcədə istehlakı sinir sisteminə sakitləşdirici təsir göstərsə də, həddindən artıq və müntəzəm şərab içmək depressiya və narahatlıqlara gətirib çıxarır.
Həddindən artıq şərab və ya hər hansı spirtli içki istehlakı alkoqol asılılığına və qaraciyər sirrozuna səbəb ola bilər. Bu, fiziki və zehni sağlamlığa, eləcə də peşəkar fəaliyyətə təsir göstərir.