Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

09 May 2025 09:19Manşet / İdman

ÇL-də İngiltərənin 6 klubu olacaq

 

İngiltərə Çempionlar Liqasının 2025/2026 mövsümündə 6 komanda ilə təmsil olunacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu “Mançester Yunayted” və “Tottenhem”in Avropa Liqasında finala yüksəlməsindən sonra dəqiqləşib.

UEFA-nın reqlamentinə görə, Avropa Liqasının qalibi birbaşa Çempionlar Liqasına vəsiqə qazanacaq. Finalçılar İngiltərə Premyer Liqasında qitənin ən nüfuzlu turnirinə şans verən ilk 5 yerdə qərarlaşmadığı üçün bu, ölkə üçün əlavə yer olacaq.

Qeyd edək ki, “Liverpul” çempion olmaqla ilk hüquqa sahib olub. Hesabında 67 xal olan “Arsenal” da bu vəsiqəni əldə etməyə çox yaxındır. Digər 4 yer uğrunda isə 5 komanda – “Mançester Siti”, “Nyukasl”, “Çelsi”, “Nottingem” və “Aston Villa” mübarizə aparır.