Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
“Heydər Əliyev 102” adlı təntənəli ədəbi-bədii tədbir təşkil edilib
Xezertv.info xəbər verir ki, 6 may tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Heydər Əliyev 102” adlı təntənəli ədəbi-bədii tədbir təşkil edilib.
Konsert proqramının keçirilməsində əsas məqsəd müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini bir daha xatırlatmaq, Ulu Öndərin zəngin irsini gənc nəsil arasında təbliğ etmək olub.
Gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrin iştirak etdiyi tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında və müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.
Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış sənətçiləri və gənc ifaçılar səhnəyə çıxaraq Ulu Öndərin sevdiyi vətənpərvərlik ruhunda mahnıları səsləndiriblər. Eyni zamanda, gənclər tərəfindən şeirlər səsləndirilib və rəqs kompozisiyaları nümayiş olunub. Tədbir boyu qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videomateriallar təqdim olunub və ölkəmizdə gənclər siyasətinin formalaşmasında gördüyü işlər göstərilib.
Tədbirin yekununda xatirə fotosu çəkilib.
Fərid Faiqoğlu


































































