Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
TƏKZİB: “Gözəllik Qurban tələb edir” yazısında yer alan qeyri-dəqiqliklərlə bağlı redaksiyamızın mövqeyi.
02 fevral 2025-ci il tarixində Xezertv.info informasiya agentliyində dərc olunan “Gözəllik Qurban tələb edir" yoxsa “N-LAZ” tibb mərkəzinin həkimi Op.Dr. Esmira İbrahimli həqiqətən də "QURBAN" edir?” başlıqlı yazıda bir sıra qeyri-dəqiq məlumatlara yer verilmişdir. Redaksiya olaraq bildiririk ki, həmin yazıda qeyd olunan əsas məqam – həkim-cərrah, estetik prosedurlar üzrə mütəxəssis Esmira İbrahimlinin "N-LAZ" tibb mərkəzində fəaliyyət göstərməsi – sonradan "N-LAZ" tibb mərkəzinin adının hallanması öz təsdiqini tapmamışdır və bu səbəbdən təkzib olunur.
Belə ki, yazının dərcindən sonra tərəfimizdən təqdim olunan məlumat əsasında vətəndaş şikayətinə istinadla həkim Esmira İbrahimlinin "N-LAZ" tibb mərkəzində çalışdığı iddia edilmişdi. Lakin daha sonra “N-LAZ” tibb mərkəzinin direktor köməçisi İlahə xanım redaksiyamızla birbaşa əlaqə saxlayaraq, Esmira İbrahimlinin onların müəssisəsində heç bir zaman çalışmadığını, bu barədə yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirmişdir. Biz də qarşı tərəfin rəsmi mövqeyinə əsaslanaraq bu qeyri-dəqiq ifadəni yazıdan çıxarmış və oxucularımıza düzəliş haqqında məlumat vermişik.
Məsələ ilə bağlı digər diqqət çəkən məqam isə odur ki, Op.Dr. Esmira İbrahimli sözügedən yazıdan xəbərdar olsa da, redaksiyamıza düzəliş üçün heç bir müraciət etməmiş, öz mövqeyini bildirməmişdir. Halbuki jurnalistikanın əsas prinsiplərindən biri də qarşı tərəfin mövqeyinə yer verilməsi və informasiyanın obyektiv şəkildə təqdim edilməsidir. Təəssüflə qeyd etməliyik ki, yazı hazırlanarkən bu mövqe bizimlə paylaşılmadığından dəqiqləşdirilməmiş məlumat yayılmış və bu da sonradan redaksiyamız tərəfindən aradan qaldırılmışdır.
Eyni zamanda vurğulamaq istərdik ki, Xezertv.info informasiya agentliyi olaraq dəqiqlik, obyektivlik və peşə etikası prinsiplərinə daim sadiq qalmağa çalışırıq. Hər hansı yazıda yer alan informasiyada qeyri-dəqiqlik aşkarlandıqda və ya qarşı tərəf mövqe bildirərək təkzib tələb etdikdə, bu məsələyə həssas yanaşır və tələb olunan düzəlişləri müvafiq qaydada həyata keçiririk.
Bildirmək istəyirik ki, Op.Dr. Esmira İbrahimlinin “N-LAZ” tibb mərkəzində çalışması ilə bağlı yayılan informasiya həqiqətə uyğun deyildir, Esmira İbrahimli “Tuana” estetik mərkəzində çalışır və hələ də barəsində şikayətlər olunmaqdadır.
Redaksiya olaraq oxucularımıza da təşəkkür edirik ki, xəbər istehsalında məsuliyyətli və diqqətli yanaşmamıza daim dəstək göstərirlər.
PS: Esmira İbrahimli “N-LAZ” tibb mərkəzinin adının hallanmasında hansı maraqları var idi?
Araşdırmalar davam edir...
Adı çəkilənlərin mövqeyini tanıyırıq.
Hörmətlə,
Xezertv.info redaksiyası





















































