Menu
Xəbər Lenti
Çaylarda sululuq artdı
Bugün, 08:24

Çaylarda sululuq artdı

05 May 2025 12:52Manşet / Gündəm / Sosial

Bir həkimin uğuru - Şərq və Qərb təbabətinin vəhdəti xəstələri necə sağaldır

 

Şərq Təbabəti – Əsrlərin Sınağından Keçmiş Müalicə Metodu

İnsan var olduqca xəstəliklər də var olub və var olmağa davam edəcək. Hər bir xəstəlik insan sağlamlığını təhdid etsə də, onu aradan qaldırmaq üçün iki əsas yol mövcuddur: Qərb təbabəti və Şərq təbabəti.


Qərb təbabəti müasir elmi yanaşmalara və kimyəvi dərmanlarla müalicəyə əsaslanır. Lakin bu yanaşma xəstəliyin səbəblərini deyil, daha çox simptomlarını aradan qaldırmağa yönəlib. Bunun əksinə olaraq, Şərq təbabəti insanı bir bütöv kimi dəyərləndirir, müalicəni isə yalnız xəstəliyə qarşı deyil, orqanizmin ümumi balansını bərpa etmək məqsədilə həyata keçirir. Ən əsası isə, bu üsul əsasən təbii vasitələrə əsaslanır ki, bu da onu bir çox hallarda daha təhlükəsiz və effektiv edir.


Şərq təbabətinin gücünə inananlar arasında tanınmış sibirli tatar həkim Mədinə İbrahimova da var. O, öz həyat təcrübəsinə əsaslanaraq Şərq təbabətini Qərb təbabətindən üstün hesab edib və bunu öz övladı üzərində sınayıb:


"1974-cü ildə qız övladım dünyaya gəldi. Həkimlər 4 aylıq körpəmə bir neçə streptomisin iynəsi vurdu. Qısa müddət sonra o, eşitmə qabiliyyətini tamamilə itirdi. Onlarla həkimə, akademikə müraciət etsəm də, hamısı eyni cavabı verirdi: ‘Bu, mümkün deyil, uşaq heç vaxt eşitməyəcək.’ 27 il boyunca hər cür müalicəyə baş vursam da, nəticə ala bilmədim. Lakin 2002-ci ildə Tibet təbabəti ilə tanış oldum və ‘Linçji’ adlı beyin kapsulunu qızıma verdim. Qısa müddət sonra qızım eşitməyə başladı, danışmağı öyrəndi. Tibbin mümkün hesab etmədiyi bir şey baş verdi.”


Bu, Şərq təbabətinin effektivliyini sübut edən minlərlə hekayədən yalnız biridir. Ölkəmizdə də bu üsulla müalicə aparan və xəstələrinə yeni həyat verən həkimlər var. Onlardan biri də hazırda Lənkəran rayonunun Darquba kəndində yaşayan tanınmış həkim Rafiq Ağayevdir.


Rafiq Ağayev – Şərq (Tibet) Təbabətinin Ölkəmizdə Tanınmış Tətbiqçisi


Rafiq Ağayev 1985-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Daha sonra Leninqradda (indiki Sankt-Peterburq) Diplomdan Sonrakı Tibb Akademiyasında (MAPO) hiperbarik fiziologiya və dalğıc təbabəti kursunu keçib. 1986-1996-cı illərdə Moskvanın Tibbi Bioloji Problemlər İnstitutunun Xəzər hövzəsində apardığı elmi-tədqiqat işlərində iştirak edib. Üç kitabın müəllifidir, bir çox elmi məqalələri dərc olunub.


Rafiq həkim Şərq təbabəti üsulları ilə yüzlərlə xəstənin sağlamlığını bərpa edib. Bununla bağlı real faktlara nəzər salaq.


Hepatit B-dən Qurtuluş


33 yaşlı M.S. adlı qadın sarılıq simptomları ilə həkimə müraciət edir. Laborator analizlər nəticəsində ona Hepatit B diaqnozu qoyulur. Xəstəyə kimyəvi müalicə təklif edilsə də, o, Şərq təbabətini seçir.


27.01.2024-cü il tarixli analiz nəticəsi:


HBS Antigen (Hepatit B) – pozitiv


HBV-DNT (Hepatit B virus yükü) – 1.136.551 IU/ml


Rafiq həkimin təyin etdiyi 3 aylıq Şərq təbabəti üsulu ilə müalicədən sonra aparılan təkrar analizlər xəstəliyin tamamilə yox olduğunu göstərir.


04.05.2024-cü il tarixli analiz nəticəsi:


HBS Antigen (Hepatit B) – neqativ


Süd Vəzi Xərçəngindən Sağalma


52 yaşlı Ə.E. adlı qadına 2013-cü ildə süd vəzi xərçəngi diaqnozu qoyulub, Moskvada əməliyyat olunub, şüa və kimyaterapiya kursları alıb. 2024-cü ilin mart ayında metastazların inkişaf etdiyi və qarın boşluğunda maye yığıldığı aşkarlanıb. Əməliyyat təklif olunsa da, xəstə Şərq təbabətini seçir.


Rafiq həkimin 3 aylıq müalicəsindən sonra:


Onko marker (CA-125) 97.31 U/ml-dən 19.14 U/ml-ə düşüb


Qarın boşluğundakı maye tam sorulub


Uşaqlıq Yolunun Xərçəngi ilə Mübarizə


52 yaşlı M.T. adlı qadına uşaqlıq yolunun xərçəngi diaqnozu qoyulub. Onun analiz nəticəsi belə idi:


26.07.2024 tarixli analiz nəticəsi:


Onko marker (SCC): 3.28 ng/ml


Şərq təbabəti üsulu ilə 3 aylıq müalicədən sonra:


18.10.2024 tarixli analiz nəticəsi:


Onko marker (SCC): 0.576 ng/ml


Xəstə tam sağalır və hazırda normal həyatına davam edir.


Revmatik Poliartritdən Xilas Olan Gənc Qadın


32 yaşlı N.N. adlı qadın 3 il ərzində revmatik poliartritdən əziyyət çəkib. Müxtəlif dərman müalicələri alsa da, nəticə əldə edə bilməyib. 3 aylıq Şərq təbabəti kursundan sonra:


R-faktor: 14 IU/ml-dən normaya düşüb


Ağrılar, şişkinliklər keçib, hərəkət qabiliyyəti bərpa olunub


Sonsuzluq Probleminin Həlli


8 il boyunca ekstrakorporal mayalanma daxil olmaqla bir çox müalicə metodlarından nəticə ala bilməyən cütlük Rafiq həkimə müraciət edir. 3 aylıq Şərq təbabəti müalicəsindən sonra:


18.10.2024 tarixli ultrasəs müayinəsi qadının 6-7 həftəlik hamilə olduğunu göstərir.


Bu siyahını çox uzatmaq olar. Qısa olaraq bildirək ki, bundan başqa "dağınıq skleroz", "yoğun bağırsağın divertikulyozu", "işemik insult", "diabetik nefropatiya" və "angiopatiya" diaqnozu qoyulmuş xəstələr müvəffəqiyyətlə Şərq təbabəti üsulu ilə müalicə olunub.


Bu nümunələr sübut edir ki, Şərq təbabəti təkcə alternativ deyil, bəzi hallarda ən effektiv müalicə üsuludur. Onun üstünlükləri təkcə xəstəliyi müalicə etməklə bitmir, həm də orqanizmin ümumi balansını bərpa edərək sağlamlığı qoruyur.


Şərq təbabətinin mahiyyətini gözəl ifadə edən məşhur tibb professoru Adil Qeybulla qeyd edir ki, “Müasir tibbin əsas problemi odur ki, xəstəliyin səbəblərini deyil, simptomlarını aradan qaldırmağa yönəlib.”


Bu fikirlərdən də göründüyü kimi, Şərq təbabəti gələcəyin tibbinin ayrılmaz hissəsinə çevrilməkdədir. İnsanlar üçün əsl sağlamlıq isə yalnız simptomları yox etməklə deyil, bədənin özünü bərpaetmə qabiliyyətini gücləndirməklə mümkündür.


Əgər siz də Şərq təbabəti üsulları ilə müalicə almaq və ya əlavə məlumat əldə etmək istəyirsinizsə, Rafiq həkimə müraciət edə bilərsiniz.


Rafiq Ağayev ilə əlaqə: (+99450) 387-70-90


 

 

Emin Şirvanzadə