“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Qeysəriyyə əməliyyatından sonra ölən qız 16 yaşında evlənibmiş
Xəbər verdiyimiz kimi, Bakıda Kürdəmir rayonunun Qaraqoçalı kənd sakini, 18 yaşlı Tahirə Hüseynova qeysəriyyə əməliyyatından sonra vəfat edib.
“Qafqazinfo” den.az-a istinadən xəbər verir ki, T. Hüseynova 2024-cü ilin 6 iyun tarixində, 16 yaşında ailə qurub.
Bu ilin aprelin 18-də hamiləliyinin 38-39-cu həftəsində Sumqayıt şəhərinə qohumlarının evinə qonaq gedib və orada yerləşən 5 saylı Ailə Sağlamlıq Mərkəzinə müraciət edib.
Aprelin 26-da gecə saat 01:45 radələrində onun vəziyyəti pisləşib və Tahirə Sumqayıt Perinatal Mərkəzinin Təcili və Təxirəsalınmaz yardım şöbəsinə yerləşdirilib.
Həkimlərin qərarı ilə hamiləlik qeysəriyyə əməliyyatı ilə sonlandırılıb. Əməliyyat nəticəsində 4 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlsə də, Tahirə Hüseynovanın vəziyyəti doğuşdan sonra qəflətən pisləşib.
Müayinələr nəticəsində gənc anaya doğuşa yaxın və ya doğuşdan sonra yaranan ürək əzələsi çatışmazlığı diaqnozu qoyulub.
Gənc ana daha sonra aprelin 27-də Bakı şəhərində yerləşən Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun övladının vəziyyəti isə stabil qiymətləndirilir.
Tahirə Hüseynovanın ölüm səbəbi ilə bağlı dəqiq nəticələr patoloji-anatomik müayinə və məhkəmə tibbi ekspertizası tərəfindən müəyyənləşdiriləcək.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib, erkən nikah və azyaşlı ana ilə bağlı araşdırmalar davam edir.























































