Ömürdən Pay Klinikasının baş həkimi İftixar Zeynalov: "Çağdaş səhiyyəmiz Ulu Öndər Heydər Əliyevin adıyla bağlıdır"
Beyləqanda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib
“TuranBank” beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib - 3 illik
Təəssüf ki, uğurlarından daha çox baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən Goranboy Rayon Mədəniyyət şöbəsində hər gün yeni məlumatlar yayılır
Həkim-radioloq, AYB və AJB-nin üzvü, "Ulusestv.az" xəbər portalının əməkdaşı Rəşad Nürəddinoğlunun doğum günü münasibətilə təbrik edirik.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, hüquq müdafiəçisi Elşad Həmidovun doğum günü – İnsan haqları mübarizəsinin örnək siması...
Gecə ilə səkini tutub, ağacların dibini asfaltlayaraq parkinq etdilər - Cəzalandırılanlar var
DTX-nin həbs etdiyi haker məlumatları bu qiymətə satırmış... - Yeni faktlar
“ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyevin məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Yasamal Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs vəkilin və hakimin suallarını cavablandırıb.
İstintaq zamanı Turalın evindən götürülən noutbukda ziyanverici proqramlara qanunsuz daxil olduğu, həmçinin kiberhücumlar təşkil etdiyi təsdiq edilib. O, həmçinin məsafədən gizli danışıqların qanunsuz əldə edilməsi üçün zəruri tədbirlər görüb.
Aşkar edilmiş fayllar arasında fişinq kodlar da var. Bundan əlavə Tural ABŞ, İsrail və başqa ölkələrin şirkətlərinin serverlərinə daxil olmaqla bağlı teleqramda danışıqlar aparıb.
Təqsirləndirilən şəxs bütün bunları xarici şirkətlərdə nüfuz qazanması, həmçinin işlədiyi yerdə özünü sübut etməsi üçün etdiyini deyir:
“Mənim maddi gəlir əldə etmək məqsədim olmayıb. Xarici şirkətlərə özümü göstərmək üçün edirdim. Azərbaycandakı fəaliyyətimi isə dövlət üçün etmişəm. Hazırladığım proqramı istifadə etmək üçün dövlətə təqdim etmək niyyətində idim”.
Turan ifadəsində qeyd edib ki, zərərverici proqramları “İdrak” şirkətinin prezidenti, “Zeromap” MMC-nin təsisçisi Hikmət Abdullayevin razılığı ilə hazırlayıb.
O, həmçinin kibercinayətkar qruplarla əlaqə saxlayaraq ABŞ-dəki şirkətlərdən birinin məlumatlarını əldə edərək 500 dollara, Argentinadakı şirkətin məlumatlarını isə 350 dollara satıb. Təqsirləndirilən şəxs bu epizod üzrə özünü belə müdafiə etməyə çalışıb ki, xarici şirkətlərin təhlükəsizliyini yoxlamaq üçün belə addım atıb.
Məhkəməyə sədrlik edən hakim Rəşad Cavadzadə müttəhimin dediklərini başadüşülən hesab etməyib:
“Sənə nə düşüb ki, gedib Amerika şirkətinin təhlükəsizliyini yoxlayırdın? Camaatın məlumatlarını alıb başqasına satmısan. Belə güclü ekspert idinsə, xarici şirkətlərdən biri ilə müqavilə bağlayıb, sonra onları yoxlayardın. Deyirsən, bunu guya dövlət üçün etmisən. Dövlətə bunun nə xeyri var?! Əksinə ziyanı var. Xarici ölkələr müraciət edirlər ki, sizin vətəndaş bizim şirkətə kibermüdaxilə edir”.
Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.