“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Hacı Quliyev : “Anamı yaşatdığım o iki il yarım — həyatımın ən gözəl illəri oldu”
Zeferyolu.az informasiya agentliyi xəbər verir ki, “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyevin anası, Dr. Gülzar Abdulrazaqovaya donor olmasından — aprelin 9-u — düz 11 il keçir.
Məhz bu tarixlə bağlı "SƏN1SƏN"
İnsan kapitalının gücləndirilməsinə yönəlik
beyin mərkəzinin təsisçisi
Fəridə Quluzadənin təşkilati dəstəyi ilə , Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəhbəri Yeganə Abbasova və “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyevin təşəbbüsü ilə ölümdən sonra orqan donorluğu ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə cəmiyyətin tanınmış simaları, sosial layihə rəhbərləri və müxtəlif sahələrin nümayəndələri iştirak edərək könüllü orqan donoru olmaq üçün müraciət ediblər.
Donor olmaq üçün müraciət edənlər sırasında:
• İbrahim Məmmədov – Inclusive Organization Company-nin sədri
• Samirə Hüseynova – mama-ginekoloq
• Yeganə Məmmədova – Hacı Quliyevin xeyriyyə layihələrinin ayrılmaz üzvü
və digər könüllülər yer alıblar.
Onlar bir daha cəmiyyəti bu nəcib aksiyaya qoşulmağa dəvət ediblər.
Hacı Quliyevin səmimi və təsirli çıxışı tədbirin kulminasiya nöqtəsi olub:
“Düz 11 il əvvəl — aprelin 9-u günü… Anamın həyatını xilas etmək üçün özüm ona donor oldum. O gün mənim üçün həm ağrılı, həm də müqəddəs bir gün idi… Allah anamı mənə cəmi iki il yarım qismət etdi. Amma ürəkdən deyirəm ki, o iki il yarım — həyatımın ən gözəl illəri oldu.
Anamı yenidən yaşatmaq, onun səsini eşitmək, gülüşünü görmək, duasını almaq — bu, insan həyatında ən böyük xoşbəxtlikdir…
Bütün insanlara səslənirəm — orqan donorluğu həyat bəxş etməkdir, ümid verməkdir. Mən bu xoşbəxtliyi yaşadım. İstəyirəm ki, başqaları da yaşasın.”
Tədbirdə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva tərəfindən mövzuya dair film nümayiş olunub və məlumatlandırıcı çıxış edilib.
Təşkilatçılar bildiriblər ki, orqan donorluğu ilə bağlı maarifləndirmə tədbirləri və təşviqat kampaniyaları bundan sonra da davam etdiriləcək.
Jalə Ağakişiqızı
Zeferyolu.az-ın rəhbəri
































































