Xəbər Lenti
Bugün, 11:42
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 19:30
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
26-06-2026, 18:30
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
26-06-2026, 18:09
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
26-06-2026, 18:00
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
26-06-2026, 15:02
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
26-06-2026, 12:50
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
26-06-2026, 12:46
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
25-06-2026, 23:19
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
25-06-2026, 23:03
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
25-06-2026, 22:47
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, qürur və şərəf bayramıdır
Kişilər boşandıqları qadınları niyə qətlə yetirir? - Cavabsız suala cavab
Kişilər boşandıqları qadınları niyə qətlə yetirir? Bu gün cəmiyyətdə ən çox verilən, amma insanların cavab tapa bilmədiyi sual. Adam sevib ailə qurur, bir, yaxud iki övladı olur. Günlərin birində tərəflərin sözləri çəpləşir, münasibətlər korlanır, məhkəməyə üz tutur və qanunun tələblərinə uyğun boşanırlar.
Qəradan sonra hərə öz həyatını yaşamalıdır, amma... Kişiləri cinayətə sürükləyən yol da buradan qaynaqlanır. Kişilər boşadıqları eks-həyat yoldaşlarını gözdən qoymur, onu qarabaqara, addım-addım izləyir. Elə ki, sabiq arvadı haqqında xoşagəlməyən bir söz eşitdilər, həmin anda onu öldürməyə qərar verirlər.
Sosioloq Asif Bayramov Qaynarinfo-ya açıqlamasında boşanan qadınların əri tərəfindən qətlə yetirilməsinin günümüzün ən aktual problemlərindən biri olduğunu diqqətə çatdırıb:
"Problem müasir boşanma-evlənmə modellərinin mahiyyətinin sona kimi aydın olmamasıdır. Çünkü Qərb düşüncəsinin təsiri nətiçəsində Azərbaycanda ailə modeli, ailə institutu kifayət qədər təhrif olunub. Biz ənənəvi ailə modelini olduğu kimi qoruyub saxlamğı bacarmamışıq. Ancaq bəla burasındadır ki, biz ailə modelində iki elementə daha üstünlük vermişik. Bunlardan biri bizim patriarxal xalq düşüncəsindən bu günə kimi gəlib çıxan zərərli elementlərdir. İkincisi, Qərb cəmiyyətindən bizə eksport olunmuş zərərli elementlərdir. Birinci elementin qalması sizin dediyiniz həmin faciənin törədilməsinə gətirib çıxardır. Bu günə qədər kişilər ailə qurduğu qadına həyat yoldaşı kimi deyil, öz şəxsi mülkiyyəti kimi yanaşır. Və boşanandan, hətta hüquq səviyyəsində qadın azadlığını, müstəqilliyini əldə edəndən sonra kişilərdə həmin xüsusi mülkiyyət duyğusu, şüuru yoxa çıxmır, onun aləmində həmin qadın əbədi onun şəxsi mülkiyyəti olaraq qalır".

Asif Bayramovun fikirincə, bu problemin həlli Azərbaycanda iki istiqamətdə aparılmalıdır:
"Birincisi, hüquqi səviyyədə. İnsanlar, gənclər orta məktəblərdən başlayaraq hüquqi-maariflənməyə cəlb olunmalıdır. Digər tərəfdən müasir gənclərə etik və əxlaqi dəyərlər aşılanmalıdır. Çünki həmin faciənin baş verməsinin təməlində bizim insanların patriarxal düşüncələri dayanır. Məsələ burasındadır ki, bu günə kimi Azərbaycan cəmiyyətində epizodik deyil, tipik xarakter alsa da, onun qorunması istiqamətində müvafiq dövlət qurumları, hüquq-mühafizə orqanları, məhkəmə istintaq orqanları hələlik hansısa müvafiq proqram tətbiq eləmirlər. Çünki boşanmadan sonra qadının hüquqlarının müdafiəsi sanki unudulur, yaddan çıxır. Amma hazırda mövcud olan reallıq heç də həmişə qadınların zərərinə yox, bəzən kişilərin də zərərinə işləyir. Biz qadın taleyi haqqında düşünəndə bəzən kişilərin hüquqların unuduruq. Müasir dövrdə müəyyən kateqoriyalı qadınlar var ki, onlar özü üçün müqəddəs ailə ocağı yaratmaq naminə evlənmir. O, kişiyə özünün sərbəst gələcəyini qurmaq üçün bir vasitə kimi yanaşır. Kişinin imkanlarından faydalanaraq özünün sərbəst həyatının əsaslı bazasaını qurur. Evlənib bir uşaq olan kimi heç bir ciddi səbəb olmadan boşanıb uşağa aliment alaraq sərbəst həyatını yaşayır".
Sosioloq hesab edir ki, kişinin boşanandan sonra həyat yoldaşını öldürməsi onun patriarxal düşüncəsindən qaynaqlanır:
"Elə insanlar da var ki, boşanmış həyat yoldaşına qarşı zorakılığının kökündə həmin qadının kişinin imkanlarından sui-istifadə etməsi dayanır. Çünki qadın ailə qurur, sonradan ərinin imkanlarını şəxsi məqsədlərinə yönəldir. Bu halda kişi artıq özünü aldadılmış, bədbəxt hesab edir. Bu hadisələrin kökündə kifayət qədər fərqli səbəblər dayana bilər. Bu halları sosial zəmində təsnifləşdirmək zəruridir və ondan sonra bunun həlli yollarını tapmaq daha rahatdır".
Bahar Rüstəmli






















































