“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Əzizənin məhkəməsi sıfırdan başlayacaq
Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidovanın işinə yenidən baxılacaq.
“Qafqazinfo”nun məlumatına görə, buna səbəb cinayət işini araşdıran əvvəlki hakimin bir müddət əvvəl vəfat etməsidir.
İşi bu dəfə Roman Ələkbərlinin sədrlik etdiyi hakim araşdıracaq. Artıq yeni tərkibdə tanışlıq iclası keçirilib. Gələn həftədən təkrar məhkəmə istintaqı başlayacaq.
.jpg)
Məlumat üçün deyək ki, bu iş əvvəl hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılırdı. Həmin vaxt artıq sonuncu iclaslar keçirilirdi. Hakimin futbol matçında qəfil vəfatı vəziyyəti dəyişib.
Qanuna görə, hakimlər dəyişərkən məhkəmə yenidən başlamalıdır.
Qeyd edək ki, Əzizə ilə bir yerdə üç nəfər- tanışı Mehdi Məmmədov və onun dostları Bəxtiyar Fərzəliyev və Elvin Əliyev mühakimə edilir. Onlar Əzizənin qətl sifarişini yerinə yetirməkdə ittiham edilirlər.
İstintaq materiallarında deyilir ki, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Sail Ağasəlim























































