“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
"Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “Elm və mərhəmətin vəhdəti-Zərifə Əliyeva zirvəsi”.
Suraxanıda – Hövsan qəsəbəsində növbəti məhəllə abadlaşdırıldı:YYSİB də fəal iştirak edib
Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva: “Elmdən doğan işıq-Gözlərə nur verən alim oftalmoloq Zərifə Əliyevanın ömür yolu”
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov: Nurla yazılan ömür: Zərifə Əliyeva – elmin zirvəsi, insanlığın örnəyi
“Kontakt App” vasitəsilə ödənişlərinizi daha rahat idarə edəcəksiniz
Hər zaman yenilikçi yanaşması ilə seçilən “Kontakt” bu dəfə bir çox xidmətləri özündə birləşdirən yeni rəqəmsal platforma istifadəyə verməyə hazırlaşır. Şəbəkənin “Kontakt App” adlı bu yeni tətbiqində loyallıq kartı ilə alış-verişdə üstünlüklər qazanmaq və məhsulları sürətli almaq imkanınız olacaq.
Tezliklə istifadəyə verilməsi planlaşdırılan “Kontakt App” müştərilərin bir çox ehtiyacını özündə birləşdirəcək. İlkin olaraq, artıq müxtəlif əməliyyatların icrası üçün müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac qalmayacaq. Çünki bu yeni tətbiqdə ən rahat interfeys ilə vəsaiti tərəfdaş platformalara yönləndirmək, müxtəlif xidmətlər üzrə ödənişlər həyata keçirmək imkanı təqdim edəcək.
Tətbiq vasitəsilə “Kontakt”dan məhsul almaq istəyənlər üçün də xüsusi bir rahatlıq var. Belə ki, sadəcə bir kliklə “Kontakt”dan hissəli ödənişlə məhsul almaq artıq elə sadəcə 1 dəqiqə zamanınızı alacaq. Bununla da, tətbiqin istifadəçisi olan hər kəs istədiyi məhsulu mümkün ən sürətli şəkildə rəsmiləşdirə biləcək
“Kontakt” bu tətbiqdə öz daimi müştərilərini də düşünüb və onlara xüsusi imtiyazlar təqdim edir. Belə ki, loyallıq proqramı çərçivəsində siz bir müştəri olaraq bonuslar qazanacaq, bu bonusları isə alış-veriş zamanı istifadə edə, dostlarınıza göndərə və ya kredit ödənişlərinizə yönləndirə biləcəksiniz.
Bundan əlavə, “Kontakt App” rahatlıq baxımından da istifadəçilərin ehtiyaclarını düşünüb. Çünki burada siz heç yerə zəng etmədən, bütün suallarınıza çatbotlar - yəni, virtual köməkçilər vasitəsilə cavab tapa biləcəksiniz.
Bütün bu xüsusiyyətləri ilə “Kontakt App” yeni rəqəmsal bir həll kimi bazara daxil olur. Odur ki, gələcəyin fintek dünyasında “Kontakt App” adını tez-tez eşidəcəyimiz bir dövr başlayır!























































