“Azərbaycan təbii qazının Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqla yeni səhifə açır”
Həkim satın aldığı körpəni yerə salıb başqa adla xəstəxanaya apardı - Türkiyədə qalmaqal
Abşeronda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib - FOTOLAR
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olunub
Nazirlikdə Avropa Universitetləri Futzal Çempionatının qalibləri ilə görüş - Fotolar
“Zəngin turistlər yalnız kazinoya deyil, lüks hotel və restoranlara da pul xərcləyirlər”
Deputatlar Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
Martın 17-də Azərbaycan Milli Məclisinin bir qrup deputatı ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətində görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə xidmət əməkdaşları ilə yanaşı nazirliyin məsul şəxsləri, Bakı Probasiya İdarəsinin icra məmurları, Bakı Dövlət Universiteti və Azərbaycan Universitetinin könüllüləri, vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan xidmət rəisi Vüqar Ağayev ədliyyə, o cümlədən probasiya sahəsində aparılan islahatlardan, sahə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsindən, probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyasından, ali təhsil müəssisələri, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrdən, müasir dövrün çağırışları ilə bağlı məsələlərdən, habelə probasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən bəhs edib.
Görüşdə Mill Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edərək son dövrlərdə ədliyyə sistemində, Probasiya xidmətində həyata keçirilən işlərdən, ölkəmizdə alternativ cəzaların tətbiqi, bəzi cinayət əməllərinin dekriminallaşdırılması məsələlərindən danışıb, məhkumların hüquqlarının təmin olunması, probasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, xüsusilə probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyası ilə bağlı görülən multidissiplinar fəaliyyətin vacibliyini qeyd edib.
Tədbirdə Probasiya xidmətinin fəaliyyəti ilə bağlı video-çarx nümayiş etdirilib, o cümlədən məhkumların sosial adaptasiyası və reabilitasiyası sahəsində könüllülərin (sosial işçilər və psixoloqlar) təqdimatları olub, Rəqəmsal monitorinq mərkəzinin təcrübəsi ilə tanışlıq həyata keçirilib. Bu sahəyə cəlb olunan könüllülərin təqdimatları, problemlərə elmi yanaşmalar və onlar tərəfindən aparılan tədqiqatlar müsbət qiymətləndirilib.
Görüşdə, həmçinin probasiya haqqında qanunvericiliyin təkmilləşdirilməsi, konseptual sənədlərin işlənib hazırlanması, xüsusilə Probasiya haqqında Qanunun qəbul edilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda deputatları və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




