Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Tramp sabah Putinlə danışacaq
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə martın 18-i telefonla danışacağını bildirib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bununla bağlı o, Floridadan Vaşinqtona uçarkən təyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında bildirib.
Tramp söhbət zamanı Ukraynadakı münaqişə kontekstində ərazilər məsələsini gündəmə gətirmək, həmçinin Atom Elektrik Stansiyasına (AES) nəzarəti müzakirə etmək niyyətindədir.
“Biz bu müharibəni bitirə biləcəyimizi görmək istəyirik. Bəlkə bacarırıq, bəlkə də bacarmırıq, amma düşünürəm ki, bizim çox yaxşı şansımız var”, - deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Tramp sonuncu dəfə fevralın 12-də Putinlə telefonla danışıb.























































