Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
İntihar məktubunda da onun adını çəkmişdi... - 2 il sonra həbs edildi
2023-cü ildə İsmayıllıda 40 yaşlı Gülsüm Osmanovanın (şərti ad-soyadlı) intiharına görə barəsində cinayət işi açılmış Elxan Şıxıyev həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü E.Şıxıyev Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri (Özünü öldürmə həddinə çatdırma, mənzil toxunulmazlığını pozma, xuliqanlıq) üzrə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Gülsümlə Elxan arasında münasibət 2011-ci ildən yaranıb. Belə ki, Gülsümün azyaşlı övladları Elxanın müəllim işləyən anasının yanına hazırlığa gediblər. Həyat yoldaşının işlə əlaqədar evə aylarla gəlmədiyini bildirən qadınla Elxan arasında həmin vaxt münasibət yaranıb və təxminən 10 ildən artıq davam edib. Amma sonradan onların münasibəti pozulub. Gülsüm evli olan Elxandan ayrılmaq istədiyini deyəndə isə kişi qadını bir neçə dəfə döyüb, onun İsmayıllıda işlədiyi yerə gedərək başqa şəxslərin gözü qarşısında zərbələr endirib. Həmin vaxt Gülsüm küçəyə çıxıb qaçsa da, Elxan onu təqib edərək mindiyi maşından zorla düşürüb və ictimai yerdə yenidən fiziki şiddət göstərib. O, həmin gün baş vermiş hadisə ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə məlumat verib. Qadın daxil olmuş məlumat əsasında saat 17:54-də telefon vasitəsilə polis şöbəsinə dəvət edilib.

Lakin Gülsüm polisə izahat vermək üçün çağırılması, ailəli olduğu halda digər şəxslə qeyri-rəsmi münasibətlərinin aşkara çıxması və cəmiyyət içində biabır olması ilə bağlı qarşılaşdığı şəraitlə əlaqədar davranış aktlarında təzahür etmiş emosional gərginlik halında şəraiti adekvat olaraq qiymətləndirməkdə çətinlik çəkərək autoaqressiv vəziyyətdə yaşadığı İsmayıllı rayonundakı evdə özünü asıb.
Bildirilir ki, Gülsüm həmin ərəfədə yaşadıqlarına görə mənəvi-psixoloji asılılıq vəziyyətində olub. Elxan Gülsümün aralarında olan münasibətləri kəsmək istəməsinə baxmayaraq, ondan əl çəkməməklə, sonuncuya fiziki və psixoloji zorakılıq göstərməklə, təhdid etməklə, hadisə baş verən gün camaatın içində zor tətbiq edərək işlədiyi salondan çıxarıb aparmaq istəməklə, vurmaqla və sair yollarla amansız rəftar edərək, ləyaqətini mütəmadi olaraq alçaldaraq və hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırıb.

Hadisədən sonra Gülsümün yazdığı son məktub da tapılıb: “Ölüm səbəbim Elxandır, məni təhdid etdiyindən... Başqa heç kim günahkar deyil. Ailəm, məni bağışlayın, üzünüzə daha baxa bilmirəm. İş yerimə gəlib basdı. Sizi çox sevirəm. Əlvida”.
Kağızın arxa hissəsinə isə “Müştərilərim buna şahiddir ki, zorla qolumdan dartıb çıxardı”, - sözləri də qeyd edilib.
İstintaq zamanı, həmçinin məlum olub ki, Elxan Gülsümün intiharından 2 gün sonra gecə saat 23 radələrində içkili vəziyyətdə onun yaşadığı evə gedib. Gülsümün ölməsi xəbərinə inanmadığından evə girərək onu görmək istəyib. Bu zaman evdə yas mərasiminə yığışmış şəxslər qışqırıblar və Elxanı tutublar. Onlar polis çağıraraq Elxanı təhvil veriblər.
Lakin ibtidai və məhkəmə istintaqı müddətində Elxan Şıxıyev polis nəzarəti altında olmaqla sərbəst buraxılıb. Məhkəmədə mərhumun ailəsi Elxanın həbs edilməsini və ağır cəzaya məhkum olunmasını tələb ediblər.
İsmayıllı Rayon Məhkəməsinin 4 mart tarixli hökmü ilə ona 6 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs olunub.























































