Xəbər Lenti
Dünən, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
23-11-2026, 17:05
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
23-11-2026, 10:47
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
170 azərbaycanlı əsir işgəncələrlə öldürülüb
İstintaqla sübut edilib ki, 170 azərbaycanlı əsir işgəncələrlə öldürülüb.
Qaynarinfo xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.
Qeyd edilib ki, itkin düşmüş 3 983 nəfərdən 3 209 nəfəri hərbçi, 774 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmamışlar, 116 nəfəri qadın, 315 nəfəri yaşlı insanlardır.
























































