Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
“Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir”
Fon der Lyayen: “Bu, tarixdə dönüş nöqtəsidir, Avropa təhlükə altındadır”
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropa təhlükəsizlik sammiti qitə üçün dönüş nöqtəsində toplanıb və müdafiə qabiliyyətini artırmaq və Ukraynanı gücləndirmək üçün qərarlar qəbul etməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə Eurointegration yazır.
"Fövqəladə dövrlər xüsusi tədbirlər tələb edir. Bu, Avropa və bizim Avropa ailəmizin bir hissəsi olan Ukrayna üçün dönüş nöqtəsidir. Avropa açıq-aşkar təhlükə ilə üz-üzədir. Buna görə də, Avropa özünü müdafiə edə bilməli, həmçinin Ukraynanın da müdafiəsini təmin edərək ədalətli və davamlı sülhü irəlilətməlidir", - Fon der Lyayen deyib.
O əlavə edib ki, Avropa güc yolu ilə sülhə nail olmaq istəyir və bu məqsədlə liderlərə "ReArm Europe” planını təqdim edəcək. Bu plan Avropanın müdafiəsinə 800 milyard avro həcmində investisiyalar yatırmağı nəzərdə tutur.
Bu plan Avropa ölkələrinin öz müdafiə sənayesinə böyük investisiyalar yatırmasına, Ukraynada silah istehsalının təşkilinə və Kiyevə silah tədarükünün gücləndirilməsinə imkan verəcək.
Aİ-nin baş diplomatı Kaya Kallas bildirib ki, Ukraynanın müharibəni öz şərtləri ilə başa vurması üçün Avropanın onun müdafiəsini gücləndirməsi həyati əhəmiyyət daşıyır.
O qeyd edib ki, sammit çərçivəsində əsasən siyasi qərarlar qəbul olunacaq, lakin maliyyə rəqəmləri martın sonunda keçiriləcək sammitdə açıqlanacaq.
Sammitin yekununda Aİ Ukraynaya konkret yardım paketlərini elan etməyəcək.
Lakin qəbul ediləcək siyasi qərarlar Avropanın müdafiə imkanlarının gücləndirilməsi və Ukraynaya dəstəyin artırılması istiqamətində atılacaq addımları müəyyən edəcək.
Alpər























































