Menu
Xəbər Lenti
Təbrik Məktubu
Dünən, 17:15

Təbrik Məktubu

İmtahan günüdür
Dünən, 12:23

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 12:18

“Azeri Light” bahalaşdı

Arda Turan cəzalandırıldı
24-04-2026, 09:50

Arda Turan cəzalandırıldı

27 Fevral 2025 10:25Manşet / Cəmiyyət

Nazim Eynallı: Hazirda Bakı-Şamaxı-Yevlax magistral yolu və Şamaxı Dəmirci kəndinə gedən yol işlək vəziyyətdədir

Ötən həftədən başlayaraq, paytaxt da daxil olmaqla, respublika ərazisinə yağan güclü qar yağır. Qarın davamlı yağması yollarda problem yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları həm rayondaxili, həm də magistral yollarda təmizləmə işlərini davam etdirir.
Gecə saatlarından başlayaraq, Bakı-Şamaxı magistral yolu, eləcə də Şamaxının Dəmirçi kəndi istiqamətindəki yolda qardan təmizləmə işləri aparılır.

AzadMedia.az xəbər ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 saylı xüsusi təyinatlı yol istismarı İdarəsinin əməkdaşları səhərə qədər həm magistral, həm də kənddaxili yollardakı problemin aradan qaldırılması üçün çalışıb. Bu gün səhər saatlarında da qurum əməkdaşları yollarda həm maşınların, həm də piyadaların hərəkətinin təhlükəsizliyi üçün fəaliyyətlərini davam etdiriblər.

Qarkürüyən maşınlar vasitəsilə, yollara qum və buz tökülüb. Şamaxının Dəmirçi kəndinə 60 sm-ə yaxın qar yağıb. Hazırda da qarın yaratdığı fəsadlar aradan qaldırılır.
Demək olar ki, bütün yollara qum və buz səpilib. Hazırda Bakı Şamaxı magistral yolu və Şamaxının Dəmirçi kəndinə gedən yol işlək vəziyyətdədir