Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib
Xezertv.info xəbər verir ki, artıq 2 ilə yaxındır ki, Xocalı şəhərində Azərbaycan bayrağı qürurla dalğalanır. Lakin tariximizin qanlı səhifələrindən biri olan Xocalı soyqırımı heç vaxt unudulmur. 1992-ci il fevralın 26-da baş vermiş bu dəhşətli faciə zamanı yüzlərlə günahsız insan qəddarlıqla qətlə yetirilib. Bu gün dövlətimiz Xocalının azadlığı ilə yanaşı, şəhidlərimizin ruhunu yaşadaraq dünya ictimaiyyətini ədalətə və insanlığa çağırmağa davam edir.
Bu tarixi faciənin unudulmaması, faciə qurbanlarının yad edilməsi və gələcək nəsillərin məlumatlandırılması məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə müxtəlif anım tədbirləri, görüşlər, dəyirmi masa və diskussiyalar təşkil edilib.
İlk olaraq, gənclər regionlarda yerləşən Xocalı soyqırımı abidələrini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Daha sonra tarixçilərin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş görüşlər təşkil edilib. Xocalı faciəsinin tarixi konteksti, səbəbləri və nəticələrinin ətraflı izah olunduğu görüşlərdə, həmçinin faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlər və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün atılan addımlar haqqında da məlumat verilib, gənclər üçün Xocalı soyqırımının mövzusunu əks etdirən filmlər nümayiş etdirilib.
Keçirilən tədbirlər Xocalı faciəsinin unudulmaması və onun dünya miqyasında tanınmasını təmin etməklə, gəncləri bu faciənin acı həqiqətlərini gələcək nəsillərə çatdırmaqda fəal rol oynamağa çağırır.




























































