QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Zəmanəmizin Tarixi Qadın Obrazı - PƏRVANƏ İMAMQULİYEVA
Akademik Nizami Cəfərovun vurğuladığı kimi, dövrümüzün tarixi qadın obrazlarından biri kimi Pərvanə İmamquliyevanın adı çəkilir. O, təkcə ziyalı kimi deyil, eyni zamanda vətənpərvər, xeyriyyəçi və dövlətinin dəyərlərinə sadiq bir fərd kimi tarixdə iz qoyan şəxsiyyətdir.
Pərvanə İmamquliyeva peşə və vəzifə icrasında təkcə nümunəvi rəhbər olaraq səciyyələndirilmir, o nüfuzlu vətənpərvər fəaliyyəti ilə seçilən bir Azərbaycanlı, bir vətənpərvərdir.
Onun 2020-ci il 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı fəaliyyəti xüsusi vurğulanmalıdır. O, şəhidlərin xatirəsini əbədiləşdirmək, vətənə xidmət edən igid oğulların dastanlarını gələcək nəsillərə tanıtmaq üçün çoxsaylı dəyərli addımlar atmışdır.
Pərvanə İmamquliyeva bir ziyalı, bir ictimai xadim kimi gənc olsa da, onun fəaliyyəti çoxlarına ibrətamiz nümunədir. Bu sahədə göstərdiyi maddi və mənəvi yardımlar, habelə ölkənin mədəniyyətinə və tarixinin qorunmasına böyük töhfələr verməsi məncə geniş işıqlandırılmalıdır . Yenə təkrar edirəm, Pərvanə xanımın fədaikarlığı və Vətən sevgisi tək gənclərə deyil, ümumiyyətlə çoxlarına örnəkdir.
Eyni zamanda, Pərvanə İmamquliyevanın dəstəyi ilə 44 günlük Vətən müharibəsinin şəhid və qazilərinin xatirəsinin qorunması istiqamətində gerçəkləşdirilən layihələr, nəşrlər tarix durduqca yaşayacaq. 44 günlük Vətən müharibəsinin qəhrəmanı, Xüsusi Təyinatlı qüvvələrin şəhid baş leytenantı Hacı Rauf Əsgərovun ölməz xatirəsinə həsr olunmuş “Bir ömür bayatası” xatirə-povestinin ərsəyə gəlməsində göstərdiyi xidmət-maddi dəstək təqdirəlayiqdir. Buna görə ona dönə-dönə “çox sağ ol” deyirəm. Bu cür ləyaqətli addım həm Allah, həm insanlıq tərəfindən böyük qiymətini alacaq. Şəhid-qəhrəmanlıq mövzusu mənəviyyat, əxlaq mövzusudur. Fikirləşirəm ki, hörmətli Pərvanə xanımın atdığı bu fədakarlıq, vətənsevərlik addımına baxaraq çoxları nümunə götürəcək. Bu nümunə isə tarixi yaddaşımızın zənginləşməsidir. Bu cür nümunələr gələcək nəslin fədakar, cəsur, ləyaqətli, şərəfli, vətənsevər böyüməsində böyük rol oynayacaq.
Mən öz adımdan hörmətli Pərvanə xanımı təbrik edirəm. Bu cür ağır, məsuliyyətli yolda ona səbr, dözüm, sağlamlıq və güc arzulayıram. Bir də onu qeyd etmək istəyirəm ki, tarix öz çarxı ilə fırlanır. Tomrislərimiz, Nüşabələrimiz, Sara Xatunlarımız, Ağabəyim ağalarımız, Natəvanlarımız... yaşayır. Pərvanə xanım özünün fədakar və ləyaqətli fəaliyyəti ilə bunu sübut etməkdədir.























































