Xəbər Lenti
Dünən, 21:14
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Dünən, 14:24
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Dünən, 14:20
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
15-06-2026, 17:43
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15-06-2026, 14:38
15 İyun – Milli Qurtuluş Günü: Ulu Öndər Heydər Əliyev və dövlətçiliyimizin xilası
15-06-2026, 14:30
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “15 İyun – Azərbaycanın müstəqilliyini və dövlətçiliyini xilas edən tarixi gün”
15-06-2026, 13:48
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
15-06-2026, 10:36
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
14-06-2026, 14:47
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
14-06-2026, 13:59
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbərliyi Şamaxıda şəhid ailələrinin yaşadığı növbəti küçələri asfaltladı - Video/Foto
Bakı, 10 fevral — Azadmedia.az
Şamaxı şəhərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan oğulların adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim yaşadılması, ailələrinə diqqət və qayğı göstərilməsi, eyni zamanda yol problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi xüsusi diqqətdə saxlanılır.
Azadmedia.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Vətən uğrunda gedən savaşın qəhrəmanları, torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Şəhid Rüstəmov Rövşən Orxan oğlunun yaşadığı küçə, həmçinin Vətən müharibəsi qəhrəmanı Raqif İzrayilovun yaşadığı Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsinə asfalt örtüyü salınıb.
Belə ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, həmçinin qazilərə yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsi olmuşdur.
Vətən müharibəsi qəhrəmanı Raqif İzrayilov və Şəhid Rüstəmov Rövşən Orxan oğlunun yaxınları göstərilən xüsusi diqqətə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, I vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, AAYDA İdarə heyətinin sədri Saleh Məmmədova,
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı və kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!