Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Ermənistan yeni müharibəyə hazırlaşır?
Fransa planlaşdırılan 26 ədəd “Bastion” zirehli transportyorunun ilk 10-nun istehsalını başa çatdırıb və onların yaxın vaxtlarda Ermənistana çatdırılması gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Caliber.Az”ın redaksiyasına mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Fransanın KNDS şirkəti artıq Ermənistana 155 mm kalibrli 12 “SEZAR” özüyeriyən artilleriya qurğusu verib və ilin sonuna kimi daha 24 bölmənin İrəvana gəlməsi gözlənilir.
Üstəlik, erməni tərəfi təkcə Fransada deyil, Hindistanda da sursat alınması ilə bağlı fəal danışıqlar aparır.
Bundan əlavə, Gürcüstanın Poti və Batumi limanları vasitəsilə Ermənistana yüzlərlə avtonəqliyyat vasitəsi gətirilib, o cümlədən:
366 Tata Xenon Double Cab 4x4 pikaplar;
208 Tata 715 4x4 yük maşını.
Bu avtomobil Ermənistana Sadaxlı keçid məntəqəsindən gətirilib.
Yerüstü avadanlıqlarla yanaşı, regional sabitliyə xüsusi təhlükə yaradan Hindistanın “BrahMos” və ASTRA raket sistemlərinin Ermənistana tədarükü ilə bağlı danışıqlara da diqqət yetirilir.
Bunlardan əlavə, “GSSR44” teleqram kanalının məlumatına görə, Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələri yeni Hava Hücumundan Müdafiə və Radio-Elektron döyüş mövqeyi qurub.
Bildirilir ki, yeni qurulan mövqe şərti sərhədin yaxınlığında yerləşir.



























































