Xəbər Lenti
Dünən, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
19-06-2026, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 17:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 11:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Qış nağılı" keçirilir
Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən "Qış nağılı" Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bu şəhərdə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirib.
Fevralın 7-də axşam saatlarında "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.
Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edərək, ilk dəfə təşkil edilən Qəbələ "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu qeyd edib, festivala uğurlar arzulayıb.
Fərhad Bədəlbəyli deyib: "Bu kimi festivalların keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Xarici dövlətlərdən təşrif buyuran qonaqlar, festival iştirakçıları ölkəmizin mədəniyyəti, incəsənəti ilə birbaşa tanış olurlar. Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki, bu festivalda dünyanın müxtəlif ölkələrindən gələn məşhur solistlər və ansamblların ifası ilə biz mənəvi yaxınlığımızı hiss edirik. Festivalın əsas məqsədi də bundan ibarətdir. Ölkəmizdə keçirilən möhtəşəm mədəniyyət layihələrinə xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk".
Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə çıxışında musiqisevərləri əlamətdar gün münasibətilə təbrik edərək deyib: "Hər zaman Qəbələ şəhərinə dünyanın bir çox ölkələrindən səyyahlar, tarixçilər, alimlər, mədəniyyət xadimləri səyahət edir, buranın füsunkar təbiətinə valeh olurlar. 2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı hər il dünyanın müxtəlif yerlərindən istedadlı musiqiçiləri bir məkanda birləşdirir və tamaşaçılara yüksək zövqlü və peşəkar ifalar bəxş edir. Festival bu il mövsümü dəyişərək tamaşaçılara "Qış nağılı" əhvali-ruhiyyəsi yaşadacaq. 2025-ci ildə mədəniyyət gündəliyinə bu festivalla start vermək rəmzi məna daşıyır. Çünki 2025-ci il Azərbaycan musiqi tarixi üçün çox əlamətdar bir ildir. Bu il Azərbaycan professional musiqisinin banisi, milli peşəkar bəstəkarlıq məktəbinin yaradıcısı, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə gün öncə artıq bununla bağlı Sərəncam imzalayıb. Ölkəmizdə il ərzində həyata keçiriləcək musiqi layihələri Üzeyir bəyin yaratdığı irsə olan ehtiramımızı ifadə edəcək".
Rəsmi hissədən sonra musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin iştirakı ilə "Viva Opera" adlı konsert proqramı təqdim olunub. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertin əvvəlində Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" səsləndirilib. Konsertdə P.Maskanyi, C.Verdi, C.Puççini, U.Cordano, R.Leonkavallo, A.Ponkyelli, A.Katalaninin operalarından ariyalar ifa olunub. Solistlər Vanessa Qoykoeçea Aqorriya (soprano, İspaniya), Sercio Vitale (bariton, İtaliya) və Yusif Eyvazovun (tenor, Azərbaycan) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Qəbələ "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir. Musiqisevərlər festival günlərində Bakı Kamera Orkestrinin, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin, "Qaytağı" instrumental ansamblının, Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin "Eyforiya", Polşanın "Glassduo" ansambllarının maraqlı konsert proqramlarından zövq alacaq, Azərbaycanın və xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə edəcəklər. Festivalda klassik musiqi ilə yanaşı, vokal və kamera musiqisi axşamları da təşkil olunacaq.





















































