QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Məryəm müəllimin əziz xatirəsinə... Sayğı, Sevgi, Ehtiramla...
İlk müəllim unudulmazdır. Onun səsi, şəfqəti, gülər üzü, verdiyi biliklər insanın həyatında silinməz izlər buraxır. Məryəm Novruzova da məhz belə müəllimlərdən idi. O, uzun illər Bakı şəhəri, Nəsimi rayonu, 54 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışıb, yüzlərlə şagirdin təlim-tərbiyəsinə öz töhfəsini verib. Lakin onun həyatı faciəli şəkildə sona çatdı. Bu acı xəbər onu tanıyan hər kəsi sarsıtdı.
Məryəm müəllimə uşaqları sevən, onlara qayğı ilə yanaşan bir pedaqoq idi. O, sadəcə dərs keçməklə kifayətlənməzdi, hər bir şagirdinə fərdi yanaşar, onların problemlərini dinləyər və həll etməyə çalışardı. Valideynlər də Məryəm müəlliməyə güvənirdilər, çünki bilirdilər ki, övladları etibarlı bir əllərdədir. O, ilk sinifə qədəm qoyan uşaqları elə böyük məhəbbətlə qarşılayardı ki, məktəbi sevdirər, onlarda öyrənmək həvəsi yaradar, onların gələcək uğurlarının təməlini qoyardı.
Məryəm müəllimə yalnız şagirdləri deyil, həm də məktəb kollektivi tərəfindən sevilən, hörmət bəslənilən bir insan idi. O, pedaqoji heyət arasında nümunəvi müəllim kimi tanınırdı. Onun təcrübəsi və pedaqoji bacarığı gənc müəllimlər üçün də örnək idi. Məktəbdə təşkil olunan tədbirlərin fəal iştirakçısı olmaqla yanaşı, həmkarlarına da dəstək olurdu. Onun sinfi həmişə yüksək nəticələr göstərirdi, şagirdləri müxtəlif müsabiqələrdə, olimpiadalarda uğurlar qazanırdılar.
Məryəm Novruzovanın faciəli ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi. Belə fədakar bir müəllimin zamanından tez həyatdan köçməsi həm məktəb kollektivinin, həm valideynlərin, həm də şagirdlərinin ürəyində dərin bir boşluq yaratdı. Onun mehriban gülüşü, fədakar əməyi, xeyirxah əməlləri daim xatırlanacaq.
Bu gün Məryəm müəllimə fiziki olaraq aramızda olmasa da, onun yetirdiyi yüzlərlə şagird onun adını yaşadacaq. Onun işığı, verdiyi biliklər və şagirdlərinin uğurları onun ən böyük mirasıdır. Məktəbin divarları arasında onun adı həmişə hörmət və sevgi ilə yad ediləcək.
Onun üçün ən böyük qiymət, öyrətdiyi uşaqların savadlı, vətənə layiqli vətəndaşlar kimi yetişməsidir. Məryəm müəllimə ömrünü fidanlarımızın təhsilinə həsr etdi və o, şagirdlərinin, həmkarlarının, bütün onu tanıyan insanların qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
Fərid Faiqoğlu
“Xezertv.info”-nun baş redaktoru
Azərbaycan Jurnalistlər Birliyinin üzvü























































