Xəbər Lenti
Dünən, 17:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
1-10-2026, 12:04
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
30-09-2026, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
30-09-2026, 14:41
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
"Qərb Cənubi Qafqazda gərginliyin artmasında maraqlıdır" - Ekspert
"Bu məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq və sülh prosesinə zərbə vuracaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Avropa İttifaqının Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin 2027-ci il fevralın 19-dək uzadılması barədə verdiyi qərarını şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, Aİ-nin bu addımı gözlənilən idi:
"Fransa və bütövlükdə Avropa İttifaqı çalışırdı ki, Ermənistandakı mülki missiya dediyi hərbi missiyanı genişləndirsin. Onun vasitəsilə bir növ Cənubi Qafqaza daxil olub, Rusiyanı buradan sıxışdırıb çıxarmağa çalışırlar. Həmin missiyanın yerləşdirilməsinə Azərbaycan cəmi iki aylıq müddətinə razılıq verib. Ondan sonra Azərbaycan buna rəsmi razılıq verməyib. Ona görə də ölkəmizin rəsmi razılığı olmadan onun sərhədində başqa ölkənin hərbi missiyasının yerləşdirilməsi təbii ki, Azərbaycanın təhlükəsizlik və milli maraqlarına uyğun gəlmir".

Ekspert qeyd edir ki, atılan həmin addım Bakının haqlı narazılıq və etirazına gətirib çıxaracaq:
"Bu müstəvidə ABŞ hərbi kontingentinin Ermənistana daxil olmasını da nəzərə alsaq, deyə bilərik ki, kollektiv Qərb regionda gərginliyin artmasında maraqlıdır. Çünki gərginlik həmin qüvvələrin regiona tam şəkildə daxil olması, hərbi iştiraklarına şərait yaradacaq və bununla da tədricən Rusiyanın regiondan çıxarılmasına nail olacaqlar".
Həmsöhbətimizin fikrincə, Aİ missiyasının müddətinin artırılması təbii ki, revanşist Ermənistanı bir qədər də həvəsləndirəcək:
"Ermənistanda revanşist qüvvələr yaranmış vəziyyətdə yenidən aktivləşəcəklər. Bu da istər-istəməz sülh prosesinin uzanmasına gətirib çıxaracaq, Zəngəzur dəhlizinin açılmasına əngəl olacaq. Həmin addım bütövlükdə sülh prosesinə vurulan zərbədir. Nəticədə regionda vəziyyət daha da gərginləşəcək".
Qeyd edək ki, dünən Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin 2027-ci il fevralın 19-dək uzadılmasını müzakirə edib. APA-nın xəbərinə görə, layihə təsdiqlənib. Bu isə o deməkdir ki, Aİ-nin Ermənistandakı sözügedən fəaliyyəti daha iki il davam edəcək.
Rüfət Sultan






















































