Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
“Azərsun Holdinq” Şirkətlər Qrupu humanitar yardım aksiyası keçirtdi
Xezertv.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına həmişə böyük sayğı göstərir. Vətən müharibəsində şəhid olanlar xalqın böyük ehtiramı ilə əhatələnib. Vətən müharibəsinin qələbə ilə bitməsi ölkədə böyük ruh yüksəkliyinə səbəb oldu. Xalq bu qələbənin qazanılmasında şəhidliyin, şəhidlərin də hünərini zaman-zaman yaşadacaqdır. Dövlət başçısının göstərişinə əsasən istər dövlət, istərsə də özəl sektorda çalışan iş adamları xüsusi ilə aztəminatlı ailələrə daim qayğı göstərirlər.
Azərbaycanın qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və milli-mənəvi dəyərlərə xüsusi hörmət nümayiş etdirən “Azərsun Holdinq” Şirkətlər Qrupu 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2025-ci il bayramı münasibəti ilə sosial layihə həyata keçirib.
Şirkətlər Qrupu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ilə birgə bayram münasibətilə Nəsimi rayonunda bir qrup şəhid ailələləri, müharibə əlilləri və müharibə iştirakçılarını ziyarət edərək onlara “Azərsun Holdinq” məhsullarından ibarət bayram sovqatları hədiyyə edib.
AVMVİB sədrinin beynəlxalq əlaqələr üzrə müavini, Nəsimi rayon şöbəsinin sədri “Azərbaycan bayrağı” ordenli polkovnik Elmar Hüseynov “Azərsun Holdinq” İdarə heyətinin sədri cənab Abdolbari Gozala şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları adından dərin minnətdarlığını bildirib.
Fərid Faiqoğlu
AJB-nin üzvü![]()
![]()























































