Menu
Xəbər Lenti
FHN təlim keçirdi
12-09-2026, 11:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 10:37

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 10:06

Bəzi yollarda tıxac var

Putin Hindistandadır - Video
11-09-2026, 09:31

Putin Hindistandadır - Video

24 Dekabr 2024 06:21Manşet / Cəmiyyət

Səhiyyə Nazirliyində əməliyyat - 6 nəfər saxlanılıb+Yenilənib

 

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

“Qafqazinfo” Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

Qeyd edilir ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı. 

***

Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.

Qeyd olunur ki, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb.

Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.