Menu
Xəbər Lenti
Bayramov Serbiyaya getdi
Bugün, 06:29

Bayramov Serbiyaya getdi

Azərbaycana qış gəldi
21-12-2024, 12:53

Azərbaycana qış gəldi

Mühüm siyasi addım
20-12-2024, 14:58

Mühüm siyasi addım

Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:37

Kiyevdə partlayışlar oldu

23 Ara 10:29Manşet / Gündəm / Sosial

Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi 22.12.2024 ilin yekun tədbirini keçirib.

 

Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və professor psixologiya doktoru, plastik -estetik və rekonstruktiv cərrah, professor Mirəzim Zaidovun birgə təşkilatçılığı ilə " Sürprizlərlə dolu bir gün" adlı tədbir keçirilib.


Tədbirin əsas məqsədi təşkilatın prinsiplərinə uyğun olaraq, qayğıya ehtiyacı olan şəxslərlə bir araya gəlmək, onlara mənəvi dəstək göstərmək olub.


Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı ərəfəsində keçirilən bu tədbir xüsusilə 25 aztəminatlı ailələrin övladlarının müsəlman olması üçün təşkil olunmuşdu.


Tədbirdə millət vəkili Aydın Mirzəzadə, dövlət nümayəndələri, QHT rəhbərləri, professorlar, həkimlər, şəhid ailələri, Vətən müharibəsinin iştirakçıları və media mənsubları iştirak ediblər.


Dünya Müstəqil Teleradio şirkətinin baş aparıcısı Könül Rzazadənin təqdimatı ilə öncə şəhidlərimizin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra ilk sözü tədbirin təşkilatçılarına verib Birlik sədri Yasəmən Qəyyumlu qısa hesabat verərək, il ərzində təşkilatın xətti ilə görülən işlərdən danışıb. O dövlət və dövlətçilik ənənələrinə, prinsiplərinə söykənərək vurğulayıb ki, biz vətəndaş cəmiyyəti institu olaraq, cəmiyyətə və dövlətə bu cür xidmətlərimizlə töhfə verməyi qarşımıza məqsəd qoymuşuq.


2024 cü il dövlətimiz üçün uğurlu il oldu. Yüksək faizlə Cənab İlham Əliyevin yenidən Prezident seçilməsi, parlament seçkiləri və beynəlxalq tədbir KOP29 un Azərbaycanda yüksək səviyyədə keçirilməsi, təşkilatın Azərbaycan Respublikası Qeyri -Hökumət Təşkilatına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olması və təşkilat tərəfindən böyük tədbirlərin həyata keçirilməsi bunu bariz nümunədir. Daha sonra professor, həkim və xeyriyyəçiliyi ilə hər zaman qayğıya ehtiyacı olan şəxslərə təmənnasız tibbi xidmətlər göstərən Mirəzim Zaidov gördüyü işlərdən, təşkilatın uğurlarından danışıb.


Bundan əlavə Millət vəkili Aydın Mirzəzadə dövlət nümayəndəsi kimi, dövlətin uğurlarından, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasətində, dövlətə, xalqa xidmətmətindən söz açıb və təşkilatlatın aktiv fəaliyyətini dilə gətirib. Çıxış edən digər tədbir iştirakçıları hər kəsi qarşısından gələn Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib, tədbir təşkilatçılarına xüsusi təşəkkürlərini bildiriblər.


Azərbaycan respublikasının xalq artisti, Şöhrət ordenli Niyameddin Musayev, məşhur saksafon ifacisi, əməkdar artist İlham Nəcəfov, müğənni Elxan Qaraxanoğlu və müğənni Gülarə İmanova öz ifaları ilə tədbirə xüsusi rəng qatıblar. Təşkilat tərəfindən tədbirdə iştirak edən uşaqlara bayram hədiyyələri təqdim olunub.


Tədbir Xudafərin şadlıq sarayında keçirilib.


 

Fərid Səfərov

Birliyin mətbuat katib