Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Ruslan Eldaroğlu: Amnistiya aktının qəbulu siyasi müdrikliyin və sosial humanizmin bariz nümunəsidir.
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
Azərbaycan idmanı yeni zirvədə: Bakı şəhərinin 2026-cı il üçün Dünya İdman Paytaxtı seçilməsi və yeni inkişaf mərhələsi
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Avropa müstəvisində Azərbaycan dəyərlərinin ləyaqətli təmsilçiliyi – prinsip, hüquq və milli ruh
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
“Böyük Qayıdış” Gənclər Təşkilatı ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirib

“Böyük Qayıdış” Gənclər Təşkilatı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib.
Keçirilən silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri Xiyabanda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edilib, Heydər Əliyev və Azərbaycan: Keçmişdən Gələcəyə” adlı panel müzakirə və Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə həyata keçirilib.
Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı gənclər ümummilli lider Heydər Əliyevin həyatı, şəxsi əşyaları, həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının virtual formada təqdim edilən müxtəlif aspektləri ilə, müxtəlif illərdə layiq görüldüyü orden və medallarla, zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, həmçinin siyasi irsini təbliğ edən video və fotoarxiv sənədlərlə tanış olublar.
Tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Heydər Əliyev və Azərbaycan: Keçmişdən Gələcəyə” adlı panel müzakirə təşkil edilib.
Panel müzakirədə millət vəkilləri Musa Qasımlı, Ceyhun Məmmədov və Məzahir Əfəndiyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetin prorektoru Qasım Məmmədov, Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Yusif Vəliyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov və Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə iştirak ediblər.
Müzakirə zamanı Ulu Öndərin Respublikamıza rəhbərliyi dövründə milli şüurun oyanışı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi istiqamətində həyata keçirilən tədbirlərin mütərəqqiliyindən söz açılıb. Bildirilib ki, milli düşüncənin formalaşması, ölkədə ilk ali hərbi məktəbin əsasının qoyulması, ordu quruculuğu, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu Öndərin gənclərə qayğısı, onun tərəfindən gənclər siyasətinin ilk addımlarının atılması, eləcə də ölkəmiz üçün önəmli olan digər fövqəladə hadisələrin tarixi haqqında danışılıb. Ulu öndər Heydər Əliyevlə bağlı maraqlı və zəngin xatirələrini bölüşən qonaqlar sonda gənclərin suallarını cavablandırıblar.
































































