Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“O, Keyti çox sevir...”
Donald Tramp Uels şahzadəsi Uilyam ilə söhbətindən danışıb və onu çox yaraşıqlı adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Şahzadə Uilyam Notr-Dam kilsəsinin açılış mərasimində Britaniya monarxı III Çarlzı təmsil edib. Tramp Uilyam görüşüb və əl sıxıblar.
“Şahzadə ilə əla söhbətim oldu. O, yaraşıqlı oğlandır. O, həqiqətən çox, çox yaraşıqlı görünürdü. Əla görünürdü. Mən də bunu ona dedim", - Tramp deyib.
Tramp əlavə edib ki, o, həm də şahzadədən həyat yoldaşı Keyt Middltonun səhhətini soruşub və o, yaxşı olduğunu bildirib.
“Mən ondan atası və həyat yoldaşı haqqında soruşdum və yaxşı olduqlarını dedi. O, atasını və arvadını çox sevdiyini söylədi. Buna görə kədərli idi. Yarım saat, yarım saatdan bir az çox gözəl söhbət etdik”, - amerikalı siyasətçi söhbətin təfərrüatlarını açıqlayıb.
Xatırladaq ki, III Çarlz xərçəngdən əziyyət çəkir. Middlton isə bu ilin sentyabrında xərçənglə bağlı müalicəsini başa vurduğunu açıqlayıb.























































