Menu
Xəbər Lenti
“Atasının oğlu”
24-12-2024, 11:12

“Atasının oğlu”

05 Ara 05:37Manşet / Maraqlı

Hamiləlikdə qidalanma necə olmalıdır?

Hamiləlik ana və körpənin sağlamlığı üçün əlavə diqqət tələb edən xüsusi bir dövrdür. Bu proses zamanı düzgün qidalanma yalnız körpənin sağlam inkişafını dəstəkləmir, həm də anaya hamiləliyi daha rahat keçirməyə kömək edir.

“Qafqazinfo” xəbər verir ki, hamiləlik dövründə zülal, kalsium, dəmir və zəruri vitaminlərə ehtiyac artır.

Hamiləlikdə xüsusilə kifayət qədər su içməli, gündəlik təzə meyvə və tərəvəzlər istehlak edilməlidir. Gündə 5 porsiya meyvə və tərəvəz yemək tövsiyə olunur. Meyvə və tərəvəz təzə, dondurulmuş, qurudulmuş və ya sıxılmış şəkildə istehlak edilə bilər.

Bu dövründə bədənin zülallara, vitaminlərə, minerallara, sağlam yağlara, liflərə və mayelərə normaldan daha çox ehtiyacı var. Bu ehtiyacları ödəmək üçün balanslı qidalanmaya üstünlük verilməlidir.

Süd, pendir və qatıq kimi məhsulları kalsiumla zəngindir. Xüsusilə qatıq tərkibində probiotik bakteriyalar olduğu üçün həzm sisteminin sağlamlığını dəstəkləyir. Bu məhsullarda az yağlı və ya yağsız növlərə üstünlük verilməlidir. Eyni zamanda, mümkün qədər orqanik məhsullar istehlak edilməlidir. 

Mərci, noxud, lobya kimi paxlalılar lif, protein, dəmir, fol turşusu və kalsiumla zəngindir. Xüsusilə fol turşusu körpə inkişafı üçün çox vacibdir və hamiləliyin ilk üç ayında kifayət qədər qəbul edilməlidir.

Hamiləlik dövründə həftədə ən azı iki porsiya balıq yeyilməlidir. Qızıl balıq Omeqa-3 yağ turşuları ilə zəngindir və körpənin beyin və göz inkişafını dəstəkləyir. Yumurta da zülalla zəngin qida olduğundan gündə 1 ədəd və ya həftədə ən az 3 gün qidalanma siyahısına əlavə edilməlidir.

İspanaq, kələm, brokoli kimi yaşıl tərəvəzlər tərkibindəki lif, C vitamini, fol turşusu və dəmirlə həm ananın, həm də körpənin sağlamlığını dəstəkləyir. Qəbizlik kimi problemlərin qarşısını almaqda da faydalıdır.

Bundan əlavə, gün ərzində çörək, kartof, düyü,makaron, yulaf kimi karbohidratlar da istehlak edilməlidir.

Yağsız ət və toyuq dəmir və proteinlə zəngin qidalardır. Xüsusilə qırmızı ət zülal, dəmir və sink baxımından zəngin olduğu üçün digər qidalardan alınan dəmirin həzmini asanlaşdırır, B qrupu vitaminləri ehtiva edir və qan azlığının qarşısını alır.

Hamilə qadınlar həftədə 2-3 gün 100-120 qram qırmızı ət istehlak etməlidirlər. Hamiləlik dövründə artan qan həcmini dəstəkləmək üçün kifayət qədər dəmir qəbulu vacibdir.

Böyürtkən, çiyələk və moruq kimi meyvələr antioksidantlar, lif və C vitamini ehtiva edir. Həmçinin aşağı qlisemik indeksi ilə qan şəkərini tarazlaşdırır.

Gündəlik 3 litrə qədər su içmək lazımdır. Lakin maye ehtiyacını çay, süd, ayran, şorba və mineral su ilə də təmin etmək olar. Qida rasionundan spirtli və energetik, qazlı içkiləri çıxarmalıdırlar.

Konservləşdirilmiş, hisə verilmiş qidalar və şirniyyatlardan az istifadə olunmalıdır. Fast foodların istehlakını, kofein qəbulunu azaltmaq lazımdır.

Bundan başqa, badam, qoz, fıstıq, anakardiya, fındıq kimi çərəzlər istehlak edilməlidir.

Hamiləlik dövründə qidalanmadan əlavə diqqət edilməli olan digər məqamlarda var. Hamiləlik dövründə həftədə ən az 2 gün gəzintiyə çıxa, üzməyə və ya yoqa və pilates kimi idmanla məşğul olmaq həm ananın həm də körpənin sağlamlığına dəstək olur. 

Eyni zamanda meyvə və tərəvəzlər istehlakdan əvvəl yaxşıca yuyulmalıdır.