“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
“Ətdoğrayan balta deyildi, “iqruşka” idi” - Ağadadaş Ağayev
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda müğənni sərbəst ifadə verib.
Ağadaş Ağayev ifadəsində özünü təqsirli bilmədiyini söyləyib. Qeyd edib ki, mühafizəçi onun çağırışına cavab vermədiyi üçün hadisə bu yerə gəlib çıxıb: “Mənim xarakterimdə şortiklə küçəyə çıxmaq olmayıb. Amma o, elə dərəcəyə çatdırdı ki, bu formada küçəyə çıxdım. Məni dəmir parçası ilə vurdu. Mən tibbi yardım istəmişəm. Necə ola bilər ki, yardım istəyən adam söyüş söysün?! Yalan danışmaq xarakterimdə yoxdur. Buna görə də and içmirəm.
Mən özümü müdafiə üçün əşya götürmüşəm. Hadisə qapının ağzında baş verdi. Onu kənara çəksələr də, əl çəkmədi. Dəfələrlə üstümə hücum çəkdi, məni təhdid etdi. Eyni şeylər təkrarlandı. Məni provokasiyaya çəkdi və yolun o biri tərəfinə keçirdi”.
A.Ağayev tərəflərin suallarını cavablandırarkən silah qismində istifadə etdiyi əşyanın oyuncaq olduğunu deyib: “Əlimdəki ətdoğrayan balta deyildi, “iqruşka” idi. Onu mühafizəçiyə atdım ki, məndən əl çəksin”.
Müğənninin son dedikləri zərərçəkmiş xadimənin vəkili Gülşən Salmanovanı güldürüb. Vəkil əşyanın əsl balta olduğunun təsdiq edildiyini bildirib.
Proses dekabrın 17-si zərərçəkənlərin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, Ağadadaş Ağayev silah qismində istifadə olunan əşya ilə xuliqanlıq etməkdə ittiham olunur. Təqsirli bilinsə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Sail Ağasəlim























































