Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Bugün, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

Xankəndi Stadionu açıldı
7-11-2026, 17:08

Xankəndi Stadionu açıldı

28 Noyabr 2024 05:29Manşet / Dünya

“Qazaxıstana dəvət göndərilib”

 

“Qazaxıstana BRİCS-in tərəfdaş dövləti statusu almaq üçün dəvət göndərilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada səfəri zamanı açıqlayıb.

“BRICS liderlərinin görüşündə yeni kateqoriyanın - assosiasiyamızın tərəfdaş dövlətlərinin yaradılması qərara alınıb. Bu kateqoriyaya namizəd ölkələrin siyahısı razılaşdırılıb və Qazaxıstana bu vəzifədə BRİCS-ə qoşulmaq üçün dəvət göndərilib”, - deyə, Putin bildirib.

Daha sonra Rusiya lideri Tokayevi Sankt-Peterburqda MDB ölkələri liderlərinin Yeni il öncəsi qeyri-rəsmi görüşünə və Moskvada keçiriləcək “Böyük Vətən Müharibəsi”ndə Qələbənin 80 illiyinin qeyd edilməsi münasibətilə baş tutacaq tədbirə dəvət edib.

Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin noyabrın 15-də Tailand, İndoneziya və Malayziyanın BRİCS-in yeni tərəfdaşları olduğunu açıqlayıb.