Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
24-10-2026, 12:16

Sürücülərin nəzərinə!

Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

26 Noyabr 2024 06:51Manşet / Kriminal

Masallıda 40 yaşlı kişi qətlə yetirildi

 

Gecə saatlarında Masallıda qətl törədilib.

"Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, saat 01 radələrində Masallı şəhərindəki evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.