Xəbər Lenti
Dünən, 20:27
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
Dünən, 13:53
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Dünən, 11:30
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
3-08-2026, 21:57
Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
18 Noyabr 2024 09:01Manşet / İqtisadiyyat
Gələn ilin dövlət büdcəsinin xərcləri artırılır
“2025-ci ilin dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat təklif edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, büdcə layihəsi hazırlanarkən milli prioritetlərin həyata keçirilməsi rəhbər tutulub:
“Bu, 2024-cü ilin dövlət büdcəsi xərcləri ilə müqayisədə 12,5 % çoxdur. 2025-ci ilin dövlət büdcəsinin xərcləri 13946 milyon manat, və yaxud 1,5 dəfə artıb. Azad edilmiş ərazilərə Böyük Qayıdışın təmini kimi ümdə çağırışlar da nəzərə alınıb”.
Nuranə Daxilqızı























































