Xəbər Lenti
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Azərbaycanda tikiləcək ilk özəl hava limanı iqtisadiyyata hansı dividentlər qazandıracaq?
"Ələt Azad İqtisadi Zonasında özəl aeroportun yaradılması sözügedən ərazidə cəlbediciliyi daha da artırmaqla yanaşı, investisiya axınına da müsbət təsir göstərəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Ələt Azad İqtisadi Zonasında yeni hava limanı inşasının verəcəyi dividentlər barədə danışarkən deyib:
"Azərbaycanda strateji mövqe ölkəni nəqliyyat qovşağına çevirməkdir. Xüsusilə də burada önə çıxan yükdaşıma məsələsidir. Hava nəqliyyatı ilə yükdaşımada isə özəl sektorun iştirakçılığı daha çoxdur. Ələt Azad İqtisadi Zonasından söhbət gedirsə, burada müxtəlif nəqliyyat növlərinə əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir. Orada avtomobil, dəmiryol nəqliyyatı və dənizə çıxış var. Bu fonda hava nəqliyyatı üçün infrastruktura da ehtiyac vardır. Çünki hava nəqliyyatı dünyada ən sürətli yükdaşımanı təmin edən mexanizm olaraq qalır. Bu aspektdən düşünürəm ki, Ələt Azad İqtisadi Zonasının uzunmüddətli inkişaf perspektivi üçün həmin aeroportun tikilməsi çox vacib elementdir.

Yükdaşımanın sürətinin artırılması, xüsusən də həssas məhsulların daşınmasında daha təhlükəsiz daşınma aləti olaraq bu nəqliyyat növünün təmin edilməsilə prosesin gələcəkdə həmin ərazilərə cəlb edilən investisiyanın strukturuna təsirini də müşahidə edəcəyik. Yəni bu addım imkan yaradır ki, Azərbaycanda yük daşımalardan əldə olunan gəlirlərin artması ilə yanaşı, azad ticarət zonasının subyektləri, rezidentləri də daha əlverişlli hava nəqliyyatı infrastrukturundan istifadə etsin. Çünki ölkədə ən ciddi problemlərdən biri hava nəqliyyatında tətbiq edilən tariflərdir. Ələtdə yeni aeroportun fəaliyyət göstərməsi isə bu istiqamətdə xərc yükünü azaltmaqla daha optimal qiymətə yükdaşıma xidmətini təşkil etməyə imkan yaradacaq”.
Qeyd edək ki, mətbuatın yazdığına görə, Azərbaycanda özəl aeroport tikiləcək. Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni hava limanı inşa edəcək.
Yeni yük hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq, yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.
Hava limanının tikintisinin 2026-cı ildə başa çatdırılacağı bildirilir.
Rüfət Sultan





















































