Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Region gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib

“Xezertv.info” xəbər verir: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 4 il öncə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq zəfər tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsi və suverenliyimizin təmin olunmasına yol açıb. 8 Noyabr - Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi kimi tarixə düşüb. Bu tarixi zəfərimizin ildönümü, eləcə də 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü region gəncləri böyük sevinclə qeyd ediblər.
Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarda fəaliyyət göstərən 11 regional nümayəndəliyi və 44 bölməsində müxtəlif tədbirlər həyata keçilib. İlk olaraq Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Abidə kompleksi region gəncləri tərəfindən ziyarət olunub.
Daha sonra müxtəlif rayonlarda dəyirmi masa və görüşlər keçirilib. Müharibə iştirakçıları, qazilər və ekspertlərin iştirakı ilə baş tutan görüşlərdə müharibənin gedişatı, uğurlu əks-hücum əməliyyatı, zəfərimizdən sonra böyük qayıdışa atılan inamlı addımlar, işğaldan azad olunmuş ərazilərimizin yenidən dirçəldilməsi haqqında gənclər məlumatlandırılıb. Həmçinin şəhid və qazi ailələri ziyarət edilib.
Eyni zamanda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə gənclər arasında şanlı qələbəmizə həsr olunmuş “Zəfər kuboku” adlı intellektual yarış, şahmat yarışı, “Qədim Azərbaycan” adlı pazl yarışı təşkil edilib. Fərqlənən gənclər diplomlarla təltif edilib. Mərkəzlərdə gənclər üçün Zəfər Gününə həsr edilmiş “Kod adı:Yaşma”, “Zəfərin səsi”, “Şuşa, sən azadsan!” filmləri nümayiş etdirilib.
Baş tutan tədbirlər gənclərimizdə vətənpərvərlik və azərbaycançılıq hisslərinin formalaşmasına kömək etmək məqsədi daşıyıb.
Bu gün şanlı bayrağımızın bütöv Azərbaycan üzərində qürurla dalğalanması ilə hər bir Azərbaycan gənci fəxr edir!





























































