Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Qarabağda yaşıl intellekt marafonu yekunlaşıb

“Xezertv.info” xəbər verir: "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Qayıdış Könüllüləri və Qarabağdan olan digər gənclərin iştirakı ilə təşkil olunan "Yaşıl İntellekt Marafonu - Kod adı: COP29" adlı layihə uğurla başa çatıb. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
Layihənin əsas məqsədi gənclərin intellektual biliklərini, dünyagörüşünü artırmaq, onlar arasında şəbəkələşməni gücləndirmək və Qarabağımızın dirçəldilməsinə dəstək vermələrini təmin etmək olub.
Layihə çərçivəsində “Xəmsə” formatında baş tutan yarışda ümumilikdə Qarabağ bölgəsindən olan 40 nəfər gəncin iştirakı ilə 8 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Maraqlı və gərgin mübarizənin sonunda "Qarabağ" komandası birinci yeri qazanıb. “Murov” və “Qarabulaq” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Layihənin təşkilatçıları, bu cür intellektual yarışların doğma Qarabağımızda mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Gələcəkdə də bu tip layihələrin davamlı şəkildə həyata keçirilməsi, gənclərin intellektual inkişafını dəstəkləmək və intellektual potensiallı kadrların artırılmasına kömək etmək məqsədini daşıyır.
Bu tədbir, gənclərin sosial aktivliyini artırmaqla yanaşı, onların şəxsi inkişaflarında intellektual oyunların əhəmiyyətini də artırır. Qarabağ gəncləri layihənin verdiyi imkanlardan yararlanaraq, gələcəkdə daha böyük layihələrdə iştirak etməyə hazır olduqlarını nümayiş etdiriblər.
Fərid Səfərov
AJB-nin üzvü































































