Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Bu rayonlara qar yağır
“Noyabrın 4-ü saat 8:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub:
“Gədəbəy, Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm, Lənkəran-Astara zonasında 15-54 mm, Daşkəsən-Gədəbəydə 9-15 mm, Dağlıq Şirvanda 6-17 mm, Mərkəzi Aranda 7-13 mm, Qarabağ və Şərqi-Zəngəzur, Gəncə-Qazaxda 2-6 mm, Naxçıvan MR-da 4-8 mm, Balakən-Şəkidə 3-6 mm, Quba-Qusarda 3-5 mm təşkil edir”.
“Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 9, Aran rayonlarında 10, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb. Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək”, - qurum rəsmisi əlavə edib.





















































