Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
İş adamı Cəbrayıl Cəbrayılov: “26 İyun – Müstəqil Azərbaycanın Güvənc Yeri. Silahlı Qüvvələr Günü”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “26 İyun – Azərbaycan Ordusunun Şərəf və Qürur Günüdür”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “26 İyun – Silahlı Qüvvələr Günü. Güclü Ordu, Güclü Dövlətin Təminatıdır”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “26 İyun – Silahlı Qüvvələr Günü: Dövlətimizin Qürur Günüdür”
Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, hüquq müdafiəçisi Elşad Həmidovun əziz xatirəsinə: Hüquq müdafiəçisindən Vətən fədaisinə uzanan bir ömür
Xırdalan şəhər B.Y.Cəfərov adına 3 nömrəli məktəb-liseyində “Erkən nikahlar və qohum evliliklərinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
30 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı “Bakı ASAN xidmət” mərkəzində Ədliyyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən Xırdalan şəhər B.Y.Cəfərov adına 3 nömrəli məktəb-liseyində “Erkən nikahlar və qohum evliliklərinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə qeydiyyat şöbəsinin rəisi- kiçik ədliyyə müşaviri Gültən Abdullayeva, şöbənin aparıcı məsləhətçisi- III dərəcəli ədliyyə qulluqçusu Səkinə Həsənzadə və şöbənin digər əməkdaşları Rövşanə İsrəfilova, Səmra Əskərova, məktəb-liseyin direktoru Sevinc Məmmədəliyeva, direktor muavini Jalə Məmişova, məktəbin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak etmişdir.
Görüşdə yaxın qohumlar arasında və erkən yaşda bağlanan nikahların yarada biləcəyi nəticələr geniş formada təhlil edilmiş, qeydiyyat şöbəsinin rəisi Gültən Abdullayeva tərəfindən Azərbaycan Respublikasının Ailə, Cinayət və İnzibati xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli 1198-VI QD nömrəli qanunu və bu qanunun tətbiqi barədə ölkə başçısının 23 iyul 2024-cü il tarixli Fərmanından irəli gələn tapşırıqların icrası barədə çıxış edilmişdir.
Qohum evlilikləri və erkən nikahların arzu olunmaz nəticələri barədə tədbir iştirakçıları arasında geniş diskussiya keçirilmiş, beynəlxalq təcrübəyə əsaslanan müxtəlif nümunələr göstərilmiş və şagirdlərin sualları ətraflı olaraq cavablandırılmışdır.
Tədbir təşkilatçıları tərəfindən müasir dövrdə təhsilin önəmi barədə gənclərə tövsiyyələr verilmiş, “Təhsil inkişafın göstəricisidir” devizinə müvafiq olaraq, sağlam, möhkəm və xoşbəxt ailələrin qurulması üçün təhsilin zəruriliyi vurğulanmışdır.
Tədbirin sonunda şagirdlərə, Ədliyyə Nazirliyi tərəfindən tərtib edilmiş “Qan qohumları arasında nikahın fəsadları” barədə məlumatların əks olunduğu broşüralar təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.